“Qadın ev işi üçün yaradılıb” - Meyxanaçının sözləri qalmaqal yaratdı - Video

“Qadın ev işi üçün yaradılıb” - Meyxanaçının sözləri qalmaqal yaratdı - Video

 

"Qadın ev işi üçün yaradılıb. Onlar maşın sürməməlidir. Ev işi qadın, maşın kişi üçündür".

Sfera.az xəbər verir ki, meyxanaçı Oqtay Kamil ARB TV-də yayımlanan "Səhər-səhər” verilişində qadınlar haqda qalmaqal yaradacaq sözlərinə belə davam edib:

"Qadına qadağa qoymaram. Elə qadın seçərəm ki, bilər nə olar, nə olmaz. Qadın elə gözəl addır ki, elə yaşamalıdır kişi deməsin, onu-bunu etmə”.

Xəyanətdən haqda isə meyxanaçı "Hər kişinin ailəsindən başqa qadın dostu olmalıdır” - deyə bildirib.

Qeyd edək ki, Oqtayın bu fikirləri qısa zaman ərzində sosial şəbəkədə yayılıb və heç də birmənalı qarşılanmayıb. Onu dediyi sözlərə görə çoxları tənqid edib.(yeni sabah)


OXŞAR XƏBƏRLƏR