“Putinlə Bayden razılaşıblar ki...” - Kreml sözçüsü gözlənilən görüş haqda

“Putinlə Bayden razılaşıblar ki...” - Kreml sözçüsü gözlənilən görüş haqda
"Rusiya və ABŞ prezidentlərinin konkret nəyi və hansı formatda müzakirə edəcəyi barədə danışmaq hələ tezdir”.
 
Sfera.az-ın pravda.ru-ya istinadla məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinlə Co Bayden arasında mümkün dialoqun sualları diplomatik kanallar vasitəsilə işlənib hazırlanacaq.

"Liderlər belə qənaətə gəliblər ki, bu cür görüşün mövzusu bundan sonra diplomatik kanallar vasitəsilə müzakirə olunsun. Tərəflər hələlik müzakirə olunacaq mövzuları sadalamağı planlaşdırmır. Hələ ki, sözügedən görüş üçün heç bir hazırlıq getmir, buna görə bu haqda konkret bir söz demək tezdir”, - deyə Peskov jurnalistlərə söyləyib.
 
Maraqlısı budur ki, Putinin sözçüsü hətta Putinin amerikalı həmkarının danışıq təklifini qəbul edib etməməsi ilə bağlı konkret sualın belə üzərindən ustalıqla keçib keçib.
 
"Bu yeni təklif (Baydenin Putinlə görüşü ilə bağlı), üzərində düşünəcəyik",- deyə Peskov qeyd edib. Peskov həmçinin Moskvanın Baydenin Putin haqqında dediyi sözlərə görə üzr istəməyini tələb edib, etməyəcəyini də dəqiqləşdirməyib.
 
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti  "Putini qatil adlandırmaq olarmı?” sualını müsbət cavablandırmışdı.
 
Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR