Putinin Xankəndi ilə bağlı açıqlamasına REAKSİYA

Putinin Xankəndi ilə bağlı açıqlamasına REAKSİYA
Xəbər verdiyimiz kimi, Türkiyə mətbuatı  Rusiya prezidenti Vladimir Putinin Qarabağ mövzusundan danışarkən, "bölgədə normal münasibətlərin yaradılması üçün hər şey edəcəyik. Xankəndidə də Azərbaycanın strateji mövqelərdə olması bizim öhdəliyimizdir. Biz öhdəliklərimizi yerinə yetirəcəyik” fikrini səsləndirib. 
 
Bu barədə Sfera.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu açıqlamanın həqiqiliyinə inanmadığını dedi:

"Ermənilərin təxribatına oxşayır. Hiss olunur ki, İrəvan bir müddətdir Rusiyadan narazılıq edir. Seçkilərdən sonra Paşinyanın qərbyönümlü addımları daha da güclənib. Bəlkə də onları təmin etmək və antirusiya əhval-ruhiyyəsi yaratmaq üçün təxribat xarakterli belə dezinformasiyaları gündəmə gətiriblər. Məqsəd Qərbin maraqlarına cavab verməklə, Ermənistanda antirusiya əhval-ruhiyyəsini daha da gücləndirməkdir. Amma təəccüblüsü odur ki, məlumat ilk olaraq Türkiyə mənbəyindən gəlib”. 

Digər tərəfdən, T. Zülfüqarovun fikrincə, Putin belə bir öhdəlik götürübsə də, o bu barədə heç zaman açıqlama verməyəcək: 

"Bu siyasi məntiqə uyğun deyil. Mətbuatda, sosial şəbəkələrdə baş verən hadisələrin arxasında hansı məntiqin, hansı razılaşmanın olması barədə müxtəlif fikirlər səslənir. Məntiq isə ortadadır, onu görmək çox asandır. Əsas məntiq odur ki,  Azərbaycan torpaqlarının işğalına tam olaraq son qoyulmalıdır. Bu baxımdan ermənilər yaşayan məntəqələrdə hansısa təhlükəsizlik addımları da atılır. Bunun da məqsədi Qarabağda yaşayan ermənilərə Azərbaycanın tərkibində yaşamağa hazırdırlarsa, orada qalmalarına imkan verməkdir. Yoxsa, istəmirlərsə, yavaş-yavaş görürük ki, ermənilər Qarabağdan gedirlər. Oradakı ermənilər bu məntiqi başa düşür. Gec və ya tez, Azərbaycanın suverenliyinin bərpası tam şəkildə baş verəcək. Buna heç bir şübhəm yoxdur”.

Rüfət SULTAN
Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...