Putinin sirli çantası ilk dəfə görüntüləndi - Görün içində nələr var / FOTOLAR

Putinin sirli çantası ilk dəfə görüntüləndi - Görün içində nələr var / FOTOLAR
Rusiya prezidenti Vladimir Putinin nüvə silahının işə salınmasına dair düymənin yerləşdiyi çantası ilk dəfə televiziyada görüntülənib.

Redaktor.az İxlas xəbər agentliyinə istinadən verir ki, "Zvezda” telekanalında yayımlanan reportajda hərbi mütəxəssis Aleksey Eqorov çantanın fotolarını yayımlayıb. Reportajda çantanın xüsusiyyətləri nəzərdən keçirilib. Bildirilib ki, çantadakı düymələr vasitəsiylə mümkün müharibə zamanı komandanlara həlledici təlimatları vermək mümkündür.

Xüsusiylə, nüvə başlıqlarının yerləşdiyi ballistik raketlərin atəş əmrini bu çanta vasitəsiylə vermək mümkündür. Məlumata görə, çantada iki əsas düymə var. Ağ düymənin basılması zamanı bütün strateji kodlar raket mərkəzlərinə göndərilir.

Qeyd edək ki, Rusiya prezidenti bütün xarici və uzaq şərq bölgələrinə səfərləri zamanı həmin çantanı özüylə götürür.



OXŞAR XƏBƏRLƏR

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...