Putinin “pis sülh” açıqlamasına reaksiya: “Bu, Azərbaycan üçün məqbul sayıla bilməz”
13:20 / 16.10.2021
2614
Rusiya
Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyininin Dövlət Başçıları
Şurasının videokonfrans formatında keçirilən son iclasındakı çıxışında Qarabağdakı
proseslərlə bağlı ictimai rəydə birmənalı qarşılanmayan fikirlər səsləndirib.
Sfera.az
xəbər verir ki, politoloq Elxan Şahinoğlu Rusiya Prezidentinin ən çox müzakirə
olunan "pis sülh, yaxşı müharibədən yaxşıdır” fikrinə münasibət bildirib:
"Həqiqətənmi
Qarabağ nümunəsində "pis sülh yaxşı müharibədən yaxşıdır? Birincisi, Putin bu
cümləsi ilə etiraf edib ki, Qarabağda əldə olunan sülh yaxşı deyil, Rusiyanı
mümkün olan nəticəni əldə edib. Yəni Putin "yaxşı müharibəni pis sülhlə” əvəz
edib. İkincisi,
Putinin "yaxşı müharibə” adlandırdığı söz birləşməsi Azərbaycana aiddir. Azərbaycan
torpaqlarını işğaldan azad etmək üçün müharibəyə başladı və bu həqiqətən bizim
üçün yaxşı müharibəydi, çünki hədəf torpaqları azad etmək idi.
Üçüncüsü,
Putinin "pis sülh yaxşı müharibədən yaxşıdır” ifadəsi Azərbaycan üçün məqbul
sayıla bilməz. Çünki Putinin təbirinsə desək, yaxşı müharibədə qələbə
çalmışıqsa, sülhün də yaxşı olmasını istəmək haqqımızdır. Kreml sahibinin məntiqindən
isə belə çıxır ki, onlar üçün "hazırkı sülh də pis deyil”. Halbuki Azərbaycanla
Ermənistan arasında sülh yoxdur”.
Politoloqun
sözlərinə görə, Azərbaycan Ermənistanla qarşılıqlı olaraq ərazi bütövlüklərinin
tanınması əsasında sülh sazişinin imzalanmasını istəyir:
Turan
Rzayev