Putinin “Gladiator”ları, 48 saata qiyamət, Ərdoğanın BÖYÜK SAVAŞ...– GÜNÜN SİYASİ XÜLASƏSİ

Putinin “Gladiator”ları, 48 saata qiyamət, Ərdoğanın BÖYÜK SAVAŞ...– GÜNÜN SİYASİ XÜLASƏSİ

Suriya münaqişəsinin əsas oyunçuları olan Rusiya və ABŞ münaqişəni həll etməkdənsə, onu daha dəhşətli mərhələyə gətirəcək addımlar atırlar. Suriya məsələsi üzrə iki dövlət arasındakı fikir ayrılıqları son bir həftədə özünü bütün çılpaqlığı ilə göstərdi. ABŞ-da prezident seçkiləri yaxınlaşdıqda namizədlərlə bağlı xüsusi ifşaedici materialların yayılacağı barədə anonslar edilir. Rusiya prezidentinin Türkiyəyə səfərinin tarixi məlum oldu.

 

"Rusiya və ABŞ arasında müharibə olacaq, artıq...” – PROQNOZ

Q.V. Plexanov adına Rusiya İqtisadi Universitetinin sosiologiya kafedrasının dosenti Aleksandr Perendjiyevin fikrincə, Suriyada ABŞ və Rusiya arasında hərbi münaqişə mümkündür.

 

"Təəssüf ki, Suriyada Rusiya və ABŞ arasında hərbi münaqişəsi mümkündür. Bu həm də dolayısi ilə artıq baş verib: Rusiya tərəfi terrorçuları bombalayırdı, amma bazada amerikalılar var idi. Amerikalılar Suriyanın hökumət qoşunlarının bölmələrinə atəş açır və bombalayırdılar, amma orada bizim hərbi məsləhətçilərimiz var idi”, - ekspert bildirib.

Aleksandr Perendjiyev yaranmış vəziyyəti ciddi adlandırıb. Bununla belə, onun fikrincə, qlobal hərbi münaqişədən və Rusiya ilə Amerika silahlı qüvvələrinin birbaşa toqquşmasından qaçmaq mümkündür: "Ümid edirəm ki, birbaşa hərbi toqquşma olmayacaq. Rusiya-Amerika danışıqlarının əsas məqsədi hərbi toqquşmaya icazə verilməməsi olmalıdır”.

 

Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi Rusiya ilə Suriyada atəşkəs rejimi üçün yaradılan ikitərəfli kanallardan istifadənin dayandırıldığını bəyan edib.


Buna səbəb rəsmi Moskvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi göstərilir. Kirbi qeyd edib ki, ABŞ Suriyanın hava məkanında mümkün toqquşmaların baş verməməsi üçün Rusiya ilə hərbi əlaqələri kəsməyəcək.

 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə cavabında bildirib ki, Vaşinqton Suriya üzrə əldə olunan razılaşmanı yerinə yetirməyib və məsuliyyəti üzərindən atmağa çalışır.

 

Rusiya xarici işlər naziri Sergey Lavrov Vaşinqtonun sözügedən qərarını şərh edərkən deyib ki, ABŞ Suriya ərazisində müxalifət qüvvələrinin yerləşdirilməsi öhdəliyini yerinə yetirə bilməyib.


"ABŞ daxili ziddiyyətlərinə görə bizimlə əldə olunan razılaşmanın öhdəliklərini yerinə yetirə bilmədi. Hər şey bir kənara, Hələbə humanitar yardım göstərilməsi üçün böyük strateji əhəmiyyət kəsb edən Kastello yolunun bloklanmasının öhdəliyi ABŞ-ın ən böyük məsuliyyətsizliyi oldu”, – deyə nazir bildirib.


"Rusiya ümid edir ki, Suriyada yeni müharibədən qaçmaq mümkün olacaq”. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov söyləyib. Onun sözlərinə görə, ABŞ sülh yerinə Suriyaya yeni müharibə və yeni ağrılar gətirəcək.

 

 

BMT-nin Baş katibi Pan Gi Mun ABŞ və Rusiyanı Suriya danışıqlarını bərpa etməyə çağırıb. Sabah isə ABŞ, Böyük Britaniya, Fransa, İtaliya və Almaniya nümayəndələri Suriya böhranının həllinə görə bir araya gələcəklər.

 

Putin "Gladiator”ları döyüşə göndərdi

 

Rusiya prezidenti Vladimir Putin Suriya üzrə hədəflərindən geri çəkilmək niyyətində deyil. Rusiya ilk dəfə Suriyaya "Antey-2500” (NATO təsnifatı üzrə SA-23 Gladiator) hava hücumuna qarşı müdafiə kompleksini göndərməklə Qərbə siqnal verdi.


Bu haqda ABŞ administrasiyasındakı üç mənbəyə istinadən "Fox News” telekanalı bildirib. Onların məlumatlarına görə, müdafiə kompleksinin komponentləri istirahət günlərində Rusiyanın Tartusdakı (Suriya) hərbi dəniz bazasına çatdırılıb.


Telekanalın həmsöhbətlərinin sözlərinə görə, "Antey-2500” kompleksinin Suriyada yerləşdirilməsinin motivləri anlaşılmazdır. Bir halda ki, İŞİD və "Ən-Nüsrə” Cəbhəsi terror təşkilatlarında aviasiya və ya qanadlı raketlər yoxdur. Hesab edilir ki, Rusiyanın müdafiə kompleksi potensial olaraq ABŞ tərəfindən mümkün təhdidə qarşı dura bilər.



Putin "Gladiator”ları döyüşə göndərdi

Rusiya ilk dəfə Suriyaya "Antey-2500” (NATO təsnifatı üzrə SA-23 Gladiator) hava hücumuna qarşı müdafiə kompleksini göndərib.

 

Moskvanın bu addımına artıq ilk cavab gəlib. Rusiyanın Dəməşqdəki səfirliyi minaatanlardan atəşə tutulub.


"Oktyabrın 3-də Rusiyanın Suriyadakı diplomatik missiyası minaatanlardan atəşə tutulub. Minalardan biri səfirliyin yaxınlığında yerləşən yaşayış kompleksinin yanında, daha iki mina səfirliyin yanında partlayıb. Yalnız təsadüf nəticəsində diplomatik missiyanın əməkdaşlarından heç kim zərər çəkməyib”, - Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.


Bildirilir ki, atəş Suriya paytaxtının Cobar şəhəri ətrafından açılıb. Həmin əraziyə "Fath aş-Şam Cəbhəsi” və "Faylak ar-Rahman” qruplaşmalarının döyüşçüləri tərəfindən nəzarət edildiyi deyilir.


Ərdoğan siqnal verdi: BÖYÜK SAVAŞ başlayır.


Suriya savaşı üzrə bir başqa siqnalı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan verib.


Prezident Birləşmiş Ərəb Əmirliklərinin "Rotana” telekanalına müsahibəsində bölgədəki son prosesləri qiymətləndirib. Ərdoğan Suriyanın Hələb şəhərində qısa müddət ərzində xeyli adamın öldürüldüyünü və islam dünyasında əməkdaşlığın təmin edilməyəcəyi halda çox şey itirəcəklərini vurğulayıb.


Ərdoğan Suriyanın şimalında uçuşa qadağan bölgənin yaradılması və xalqın geri dönə bilməsi üçün 5 min kvadrat kilometrlik ərazini terrorçulardan təmizləməyi planlaşdırdıqlarını deyib.

 

İngiltərənin "The İndipendent” qəzetinin yazdığına görə, Türkiyənin 1000 xüsusi təyinatlı qüvvəsi (Bordoberelilər) "Fərat qalxanı” əməliyyatı çərçivəsində Suriyaya daxil olub. Qəzet bildirir ki, xüsusi təyinatlı qüvvələr Azad Suriya Ordusu ilə birlikdə məxfi hərəkət edirlər. Hədəf "təhlükəsiz bölgə” yaratmaqdır. Məlumata görə, 48 saat ərzində İŞİD-in əlindəki Dabık qəsəbəsi azad olunacaq.

 

Yerli mənbələrə görə, İŞİD Dabık bölgəsində Əl-Babda olduğundan daha güclüdür. Dabıkın alınanacağı halda, Əl-Babın rahat şəkildə ələ keçiriləcəyi deyilir. İŞİD Dabıkı "böyük döyüşün olacağı yer” kimi qiymətləndirir.

Qiyamət burada başlayacaq – Azərbaycana o qədər yaxındır ki...

Türkiyə faciədən son anda xilas oldu

 

Türkiyədən gələn xəbərlər isə onun göstəricisidir ki, Ankaranı istənilən vasitələrlə bölgədəki proseslərdən kənarlaşdırmaq istəyirlər. Türkiyə növbəti faciədən son anda xilas olub.

 

Polis xüsusi təlim aldıqdan sonra Adanaya gələn və müxtəlif ərazilərdə 7 minalanmış avtomobillə eyni vaxtda terror aktı törətmək istəyən terrorçuları zərərsizləşdirib. Terrorçu qrupun rəhbəri universitet tələbəsi, digər 4 nəfər isə onun köməkçiləri olub.

 

Onlardan 21 kiloqram TNT və 1 kiloqram C4, həmçinin 2 əl qumbarası götürülüb. Plana görə, minalanmış avtomobillər polislərin olduğu avtomobillərin keçdiyi vaxt partladılmalı, həminin hava limanı və polis mərkəzlərinə hücum təşkil edilməli idi. Şübhəlilər ifadə verdikdən sonra məhkəmə qarşısına çıxarılıb və barələrində həbs qərarı verilib.

 

Putinin Türkiyə səfərinin tarixi açıqlandı

 

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə gözlənilən səfəri isə Suriya savaşında bəzi məsələləri yoluna qoya bilər.

 

Kreml lideri 9-13 oktyabr tarixlərində İstanbulda təşkil ediləcək Dünya Enerji Konqresində iştirak edəcək."Sputnik” agentliyinin yazdığına görə, Rusiya prezidenti oktyabrın 10-da Türkiyəyə gələcək.


Yenə sərhədi keçdi: Obamanı "cəhənnəmə" göndərdi

 

Filippin prezidenti Rodriqo Duterte isə gündəmi əsasən müharibə, terror və miqrant problemləri olan beynəlxalq KİV-in gündəmini arabir dəyişməyə cəhd edir.

 

O, ölkədə narkotik ticarətinə qarşı həyata keçirilən kampaniyanı tənqid edən Vaşinqtona cavab verib. Dövlət başçısı ABŞ prezidenti Barak Obamanı "cəhənnəmə” göndərib. "Amerika prezidenti Barak Obama cəhənnəmə gedə bilər”, - Rodriqo Duterte deyib.


Bundan başqa, o, Filippin hakimiyyətinin narkotiklə mübarizə metodlarını ittiham edən Avropa Birliyinə məhşəri seçməyi məsləhət görüb.

 

Son məlumatlara görə, narkobizneslə mübarizə çərçivəsində ölkədə bu il iyulun 1-dən indiyə kimi 3,6 mindən çox insan öldürülüb. Ölkədə narkomanlar və narkotik alverçilərinin qətli üçün xüsusi dəstələr yaradılıb.

 

İyun ayında prezident vəzifəsinə başlayan Duterte tez-tez Qərb siyasətçilərinin və dövlət xadimlərinin ünvanına kəskin bəyanatlarla çıxış edir. Məsələn, o, Obamanı "əxlaqsızın oğlu”, BMT-nin baş katibi Pan Gi Munu isə "axmaq” adlandırıb.

 
Klintonla bağlı ifşaedici video: O, kimi...

 

ABŞ-da prezident seçkiləri həlledici mərhələyə qədəm qoyur. Barəsində yayılan ifşaedici materiallar namizədlərin reytinqinə ağır zərbə vura bilər. Vəziyyəti düzəltmək üçün isə vaxt kifayət etməyə bilər.

 

"WikiLeaks” saytının yaradıcısı Culian Assanc yaxın vaxtlarda ABŞ prezidentliyinə namizəd Hillari Klinton barəsində ifşaedici video təqdimatla çıxış edəcək. "Fox News” telekanalı bildirib ki, video Berlində təqdim ediləcək.


Güman edilir ki, elan ediləcək yeni məlumatlar "oktyabr sürpriz”i olacaq. Assanj hələ bu ilin avqustunda bildirib ki, ABŞ-da prezident seçkiləri ərəfəsində Hillari Klintonun seçki kampaniyası haqqında əhəmiyyətli materialları dərc edəcək. Materiallarda mümkündür ki, Klintonun əmri ilə pilotsuz təyyarədən zərbənin köməyi ilə Assancın fiziki məhvinin müzakirəsindən söhbət gedir. Söhbət Klintonun ABŞ Dövlət Departamentinə başçılıq etdiyi dövrdən gedir.


"Townhall” portalı bildirir ki, Klintonun bu sözləri zarafatyana deməsi istisna edilmir. Çünki administrasiyada həmin vaxt pilotsuz döyüş təyyarələrinin tətbiqinin müxtəlif aspektləri fəal müzakirə edilirdi.


22 iyulda "WikiLeaks” ABŞ Demokrat Partiyasının Milli Komitəsinin 20 min elektron məktubunu dərc edib. Qeyd edilirdi ki, Hillari Klintonun ifşası nəşrin hədəfidir.


MOSSAD Abdullah Öcalanı qaçırtdı – ŞOK DETALLAR


1999-cu ildə Keniyada Yunanıstan səfirliyində gizlənən PKK terror təşkilatının lideri Abdulla Öcalanı Mossad tutub.


Türkiyənin "Vatan” nəşrinin yazdığına görə, illər sonra bununla bağlı faktlar ortaya çıxıb. Keniya kəşfiyyatının adını açıqlamayan üzvü bildirib ki, Yunanıstan səfirliyinə əməliyyat Mossad tərəfindən həyata keçirilib. Onun sözlərinə görə, əməliyyatın kod adı "Oyanıq” (Watchful) idi.


 

 

 

Publika.az //
Sfera.az

 


 


 


 

 
 
 
 
 
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda tanınmış prodüserin qızı VƏFAT ETDİ - FOTO

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib.   Sfera.az "Axşam.az"a istinadən xəbər verir ki, 31 yaşı olan Nərmin uzun mü...

Kayrat Sarıbay: "Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir"

Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir.   Sfera.az xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət ...

Ombudsman Başlıbel faciəsi ilə bağlı paylaşım ETDİ

"Ermənistanın Azərbaycana qarşı nifrət zəminində həyata keçirdiyi soyqırımı və işğalçılıq siyasəti tarix boyu minlərlə günahsız azərbaycanlının amansızlıql...

Ukraynanın Baş naziri: "Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq"

Ukrayna Rusiya ilə müharibədə məğlub olarsa, Üçüncü Dünya müharibəsi başlayacaq.   Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denıs Şmı...

Ağdamda minaatan qurğular aşkar edildi

  Ağdam rayonunda minaatan qurğular aşkar edilib.   DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Ağda...

Milyonlarla insanın izlədiyi televiziya tarixinin ən çox baxılan hadisələri

İndi istədiyimiz vaxt, istədiyimiz yerdə hər şeyi təkrar-təkrar izləyə bilirik. Amma əvvəllər belə deyildi. Tarixdə elə hadisələr olub ki, eyni anda bütün dünya...