No Image
No Image

“Putinin dediyini etsəydik, Şuşa və Hadrut bizdə qalardı” - Ambarsumyan

“Putinin dediyini etsəydik, Şuşa və Hadrut bizdə qalardı” - Ambarsumyan
"18 oktyabrda Ermənistan Baş nazirinin iştirakı ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında Baş Qərargah rəisi bəyan etdi ki, biz məğlub oluruq, dərhal müharibəni dayandırmaq lazımdır. Amma belə bir qərar qəbul edilmədi”.

Sfera.az xəbər verir ki, bu sözləri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra etmiş Mlkail Ambarsumyan "5-ci kanal”-a müsahibəsində bildirib. O, özünün istefası ilə bağlı məqamları açıqlayıb. Ambarsumyan bildirib ki, Müdafiə Nazirliyi ilə birgə problemlər və itikilər barədə gündəlik məruzə ediblər: 

"Anlamırdım ki, nə üçün müharibə dayanmır? Biz görürdük ki, atəşkəsi saxlamaq olmur. Bəs nəyə görə müharibəni dayandırıb danışıqlara başlamırlar? Bu mənə qaranlıq qalırdı. Hakimiyyətin hədəfinin nə olması mənə aydın olmurdu. Hara gedirik? Nəyə nail olmaq istəyirik? Bütün bunlar məndə qərarımı qətiləşdirdi”.

Ambarsumyanın sözlərinə görə, Baş Qərargah rəisi Onik Qasparyan TŞ-in iclasında tez bir halda müharibənin dayandırılmasının vacibliyini bildirib.

MTX-nin sabiq direktorunun sözlərinə görə, daha sonra məlum olub ki, Rusiya prezidenti Putin də müharibəni dayandırmaq təklifi ilə bağlı Paşinyana müraciət edib:
 
"Putin nə etmək barədə konkret təkliflər vermişdi. Bu, mahiyyətinə görə, "Lavrov planının” həyata keçirilməsi idi. Rus sülhməramlıları Dağlıq Qarabağa girirdi. Biz isə əlavə ərazilər, o cümlədən Hadrutu və Şuşanı itirməzdik. Rusiyanın təklifi nə üçün müzakirə edilməyib? Deyə bilmərəm. Bu təkliflər nə Təhlükəsizlik Şurasında müzakirəyə çıxarıldı, nə də cəmiyyətə məlumat verildi. Mən bu barədə istefa verdiyim gün-7 noyabrda bildim”.

Ambarsumyanın sözlərinə görə, bu suala yalnız Paşinyan cavab verə bilər.

Sabiq MTX-nin direktoru bildirib ki, Rusiyanın müharibə zamanı yardımı mühüm rol oynayıb:
 
"Əgər Rusiyanın köməyi olmasaydı nəticələr çox pis olardı. Mən vəziyyəti bilən adam kimi bunu deyirəm”. /Azpolitika
 
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ermənilər Kəlbəcərdə Azərbaycan maşınlarının yolunu bağladı: Nə baş verir? - VİDEO

Azərbaycan Respublikasının işğaldan azad(!) olunmuş Kəlbəcər rayonunun işğal zamanı "Drmbon" adlandırılmış  Heyvalı kəndindəki ermənilər yolu bağlayaraq Az...

Azərbaycan PUA-ları müasir müharibələrin strategiyasını dəyişdi

Qarabağ müharibəsi zamanı Azərbaycanın pilotsuz uçuş aparatları (PUA) müasir müharibələrin strategiyasını dəyişdi. Sfera.az xəbər verir ki, bunu israilli ...

Moskva görüşü: Paşinyan Əliyevə görə havada qalıb – VİDEO

Azərbaycan və Ermənistan liderlərinin bir neçə dəqiqə fərqlə Moskvaya uçuşu nəticəsində Paşinyanın olduğu təyyarə havada qalıb. Sfera.az xəbər verir ki, b...

Tanınmış fotoqrafdan fransızlara "QARABAĞ DƏRSİ" - VİDEO

Fransanın məşhur "TV5MONDE" telekanalına qonaq qismində dəvət alan dünya şöhrətli fotojurnalist Reza Deqati Qarabağ müharibəsi ilə bağlı bir sıra faktlara toxun...

Cənubi Qafqaza sülh dəmir yolu ilə gələcək: Bölgənin yeni XƏRİTƏSİ

Azərbaycan ordusunun Vətən Müharibəsindəki 44 günlük uğurlu hərbi əməliyyatlarından sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat...

Melkonyandan etiraf: “Qarabağ tamamilə Azərbaycanın nəzarətinə keçəcək”

Erməni şərqşünas Sergey Melkonyan Prezident İlham Əliyevin "münaqişə həll edilib” bəyanatını şərh edib. Sfera.az xəbər verir ki, Melkonyan prosesi belə qi...