Putin bu müddətədək prezident olacaq - Qanun təsdiqləndi
15:49 / 06.04.2021
4109
Putinin 2036-cı ilə qədər vəzifəsində qalmasına icazə
verən qanun qəbul edilib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya
prezidenti Vladimir Putin 2036-cı ilə qədər vəzifədə qalmasına imkan verən
qanunu təsdiqləyib.
Müxalifətin tənqidlərinə baxmayaraq qəbul edilən
qanuna görə Rusiya lideri seçiləcəyi təqdirdə 2024-cü ildən etibarən yenidən
namizəd ola biləcək və 2036-cı ilədək növbəti iki müddətlik prezident vəzifəsini
davam etdirəcək.
Rusiya parlamentinin alt qanadı Dumada səsə qoyulan
qanun layihəsinə təklif olunan dəyişiklik 380 millət vəkilinin səsi ilə qəbul
edilib.
Sfera.az
Əzizə Zeynal