Putini özündən çıxaracaq daha bir AÇIQLAMA: "Qan iyi verən Rusiya qazına..."

Putini özündən çıxaracaq daha bir AÇIQLAMA:
Rusiya təbii qaz axınını kəsdikdən sonra Polşa, Litva-Polşa təbii qaz boru kəmərinə (GIPL) üz tutub.

Sfera.az bildirir ki, GIPL ilə Polşa, Litvanın Klaypeda şəhərindəki terminalına və Finlandiya tərəfindən bu terminala çatdırılan mayeləşdirilmiş təbii qaza çıxış əldə edib. İstifadəyə verilən GİPL-də oktyabrda tam gücün əldə olunacağı, bu tarixədək kəmərin ötürücülüyünün 2 milyard kubmetr olacağı bildirilib. Oktyabr ayından sonra Polşadan Litvaya təbii qaz axınının 2,5 milyard kubmetrə, Litvadan Polşaya təbii qaz axını tutumunun isə 2 milyard kubmetrə çatacağı əlavə olunub. Həmçinin qeyd edilib ki, bu xəttin istifadəyə verilməsi qaz təchizatı baxımından çevikliyi artıracaq.

Digər tərəfdən, Litva prezidenti Gitanas Nauseda Rusiyanın enerji şantajına daha böyük birlik və əməkdaşlıqla cavab verilməli olduğunu bəyan edərək, mümkün qədər tez tam enerji müstəqilliyinə nail olmaq istədiklərini söyləyib. O vurğulayıb ki, Avropa İttifaqında (Aİ) Rusiya qazı və qan qoxuyan neftə yer yoxdur.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmana əsasən, aprelin 27-də Rusiya qazının milli valyuta rublla satılması qərarına qarşı çıxan Polşa və Bolqarıstana "Qazprom” tərəfindən verilən qaz axını kəsilib.

 
Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA

“Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.   Sfera.az bildirir ki, bunu qa...

Qripin ağciyərlərə vurduğu zərərin qarşısını alan dərman hazırlandı

Yeni hazırlanmış dərman qripin yaratdığı iltihabın səbəb olduğu ağciyər zədələnməsinin qarşısını ala bilib.   Sfera.az bildirir ki, qripə səbəb olan qr...

Gürcüstan parlamentində kütləvi dava düşdü

Gürcüstan parlamentində “Xarici agentlər haqqında qanun”un müzakirəsi zamanı səs-küylü insident yaşanıb.    Sfera.az bildirir ki, Gü...

Bakı və Belqrad arasında mühüm telefon danışığı

15 aprel 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı a...

70 yaşlı məşhur amerikalı aktyor mərhum oğlunun fotosunu paylaşdı

70 yaşlı məşhur amerikalı aktyor Con Travolta mərhum oğlu Cettin xatirəsini ehtiramla yad edib. O, arxiv görüntülərini İnstaqramda paylaşıb.   Sfera....

Hakimin sinif yoldaşı olduğunu görüb göz yaşlarına boğulan məhbus - VİDEO

2015-ci ildə Artur But adlı şəxs oğurluqda ittiham olunaraq hakim qarşısına çıxıb. Hakimin orta məktəbdə sinif yoldaşı Mindi Qleyzer olduğunu anlayanda göz yaşl...