Putindən Türkiyəyə növbəti zərbə - VİDEO

Putindən Türkiyəyə növbəti zərbə  - VİDEO

Rusiya təyyarə böhranı ilə əlaqədar Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalara yenilərini əlavə edib.

 

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya 1 yanvar 2016-cı il tarixindən türk şirkətlərinin dövlət və bələdiyyələrin inşaat, turizm və otel xidmətləri sahəsində işini qadağan edib.

 

Qərar Rusiya Nazirlər Kabinetinin rəsmi saytında dərc edilib.

 

Qeyd edək ki, noyabrın 24-də Türkiyə sərhədini keçən Rusiyanın Su-24 təyyarəsinin vurulması iki ölkə arasında münasibətlərin kəskinləşməsinə səbəb olub. Rusiya dekabrın 1-də ölkəyə idxalına qadağa qoyulan Türkiyə məhsullarının siyahısını dərc edib. Siyahıda 17 adda məhsul, o cümlədən pomidor, xiyar, portağal, üzüm, armud, toyuq və balıq məhsulları var. Məhdudiyyətlər 2016-cı ildən qüvvəyə minəcək.

 

Bundan başqa, sanksiyalar turizm sahəsinə də aid edilib. Türkiyəyə turist biletlərinin satışı qadağan edilib, çarter reysləri ləğv edilib.


OXŞAR XƏBƏRLƏR