Putindən “Taliban”a dəstək: “Birlikdə işləməliyik”
16:11 / 17.09.2021
909
Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının video-konfrans vasitəsilə qatıldığı iclasında çıxış edib.
Sfera.az xəbər verir ki, Rusiyanın Birləşmiş Millətlər
Təşkilatının (BMT) Əfqanıstanla bağlı konfransını dəstəklədiyini bildirən
Vladimir Putin Talibanla işləməyin lazım olduğunu vurğulayıb.
Putin həmçinin çıxışında ABŞ-ın ünvanına da sərt sözlər
söyləyib.
O, ABŞ -ın Əfqanıstandan çəkilərkən "Pandora”
silah-sursat qutularını geridə qoyduğunu bildirib. Putin ABŞ-a məxsus müasir və
geniş silahl arsenalının hazırda Talibanın nəzarətində olduğunu diqqətə çatdıraraq
bunu tənqid edib.
Digər tərəfdən Çin prezidenti Si Tszinpin Əfqanıstanla
əməkdaşlıq edilə biləcəyinə söykəyib. O bildirib ki, Əfqanıstan terrorçuluğu
kökündən kəsməlidir:
Əzizə Zeynal
Sfera.az