Putindən Baydenə sərt XƏBƏRDARLIQ

Putindən Baydenə sərt XƏBƏRDARLIQ
Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Əfqanıstandan çəkilməsindən sonra Orta Asiyadakı postsovet ölkələrinə qoşun yeritməməsi ilə bağlı Baydenə sərt xəbərdarlıq edib.

Sfera.az xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov "Международная жизнь” jurnalına verdiyi açıqlamasında bildirib.
O, Vladimir Putinin bu haqda xəbərdarlığı iyunun 16-da Co Baydenlə Cenevrədəki görüşü zamanı etdiyini diqqətə çatdırıb.
Sergey Ryabkov qonşu ölkələrdə yenidən ABŞ-ın daimi hərbi varlığının qəbuledilməz olduğunu qeyd edərək, bunu ABŞ-a çox açıq şəkildə çatdırdıqlarınə söyləyib.
O, məsələnin təkcə bölgə üçün deyil, həm də Rusiyanın ABŞ-la münasibətləri nöqteyi-nəzərindən vacib olduğunu vurğulayıb.
Xatırladaq ki, hazırda 90% əsgərini geri çəkən ABŞ avqustun 31-dək Əfqanıstandan tamamilə çıxmağı planlaşdırır.
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR