Putin və Ərdoğan telefonla danışdı
19:42 / 03.12.2021
1620
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Danışıqlarda Türkiyə-Rusiya münasibətlərinin inkişafı müzakirə edilib.
Həmçinin liderlər Suriya, Liviya və Ukraynadakı vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.