Putinlə Baydenin görüşü başa çatdı

Putinlə Baydenin görüşü başa çatdı
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden ilk dəfə telekonfrans formatında keçirilən ikitərəfli danışıqlara başlayıblar.

Sfera.az xəbər verir ki, liderlərin Ukrayna ətrafındakı vəziyyəti və strateji sabitlik məsələlərini müzakirə edəcəyi gözlənilir. Onlar həmçinin regional təhlükəsizlik mövzularına, o cümlədən Əfqanıstandakı vəziyyətə toxuna bilərlər.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun qeyd etdiyi kimi, Putinlə Bayden arasında ünsiyyət kifayət qədər uzun davam edə bilər.

İki lider arasında bugünkü söhbət Baydenin Amerika prezidenti vəzifəsinə başlamasından bugünədək beşinci söhbətdir. Bundan əvvəl iki dövlətin başçıları üç dəfə telefonla danışıblar, iyunun ortalarında isə Cenevrədə təkbətək görüş keçiriblər. Təkbətək söhbət iki saata yaxın davam edib və hər iki tərəfin fikrincə, konstruktiv olub.
 
 
***
Putin və Bayden arasında baş tutan 2 saatlıq danışıqlar başa çatıb.

Görüş qapalı videobağlantı vasitəsilə baş tutub.

Jurnalistlərə ilk ünsiyyət kadrları göstərilib, daha sonra görüş bağlı qapılar arxasında keçirilib.

Qeyd edək ki, bu, iki ölkə liderlərinin ikinci görüşüdür. İlk təkbətək danışıqlar bu ilin iyununda Cenevrədə keçirilib. O zaman dövlət başçıları müəyyən razılıqlar əldə ediblər.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Azərbaycanla sülh sazişi imzalamağa hazırıq” - Paşinyan

"Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır”. Sfera.az-ın xəbərinə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə ...

Sezen Aksudan tənqidlərə cavab - "Yazmağa davam edəcəyəm"

"Şahane bir şey yaşamaq” adlı mahnısındakı "Salam söyləyin o cahil Həvva ilə Adəmə” sözlərinə görə tənqid olunan türkiyəli müğənni Sezen Aksu səssizliyini pozub...

Adəmlə Həvvaya cahil deyən Sezen Aksuya Ərdoğandan sərt reaksiya - VİDEO

"Şahane bir şey yaşamaq” mahnısında Adəm və Həvvanı "cahil” adlandırması səbəbindən tənqid atəşinə tutulan müğənni Sezen Aksuya daha bir sərt reaksiya Türkiyə P...

"Qazaxlar üçün də Xocalı təşkil edəcəyik" - Ermənilər eyforiyada

Qazaxıstandakı hadisələr fonunda Ermənistan da öz "sülhməramlı”larını bu ölkəyə göndərib.   Sfera.az xəbər verir ki, KTMT tərkibində Qazaxıstana erməni...

“Silahı yerə qoymayanlar məhv ediləcək” - Qazaxıstan DİN-dən xəbərdarlıq

Qazaxıstan Daxili İşlər Nazirliyi onların silahı yerə qoymaq tələblərinə müqavimət göstərənlərin məhv ediləcəyini açıqlayıb. Sfera.az xəbər verir ki, bu b...

Vanqanın 2022-ci il üçün proqnozları açıqlandı

Görücü Vanqa 2022-ci ildə baş verəcək bir sıra hadisələri proqnozlaşdırıb. Sfera.az-ın məlumatına görə, Vanqa uzun müddətdir əbədi buzlaqlarda gizlənən bi...