Putin Tacikistan prezidenti ilə Qırğızıstan sərhədindəki vəziyyəti müzakirə edəcək
13:00 / 05.05.2021
4128
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib
ki, Vladimir Putin və Emoməli Rəhmon mayın 8-də Moskvada keçiriləcək görüşdə
Tacikistanla Qırğızıstan arasındakı sərhəddə baş verən münaqişəni müzakirə edəcəklər.
Sfera.az xəbər verir ki, Tacikistan Prezidenti
həmçinin Qırmızı Meydandakı Qələbə paradında iştirak edəcək, daha sonra isə Düşənbəyə
yola düşəcək.
Xatırladaq ki, aprelin 29-da Qırğızıstan və
Tacikistanın sərhəd bölgələrinin yerli sakinləri arasındakı münaqişə hərbçilər
arasında silahlı qarşıdurmaya çevrilib. Sərhədçilər arasındakı toqquşma altı
saatdan çox davam edib və hər iki tərəfdən təxminən 50 nəfər həlak olub, 200-dən
çox insan yaralanıb. 300-dən çox ev və infrastruktur obyekti dağıdıldı və ya
yandırılıb.
Aprelin 29-u, axşam saatlarında tərəflər atəşkəs
və qüvvələrin sərhəddən çıxarılması barədə razılığa gəliblər, amma ertəsi gün
yenidən atışma başlayıb. Aprelin 30-da, axşama yaxın növbəti atəşkəs
razılaşması əldə edilib.
Selcan