Putin Soçi görüşü öncəsi Şarl Mişellə nələri müzakirə edib? - Açıqlama

Putin Soçi görüşü öncəsi Şarl Mişellə nələri müzakirə edib? - Açıqlama
"Putin Soçi görüşü öncəsi bütün lazımi tədbirləri alır. Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Prezident İlham Əliyevlə görüşdən sonra İrəvana getməsi, Putinin Şarl Mişellə telefon danışığı məhz bu cür dəyərləndirilə bilər. Görünür,  Kreml Soçi görüşündə heç bir problem ilə üzləşmək istəmir”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiya Prezidenti Vladimir Putinlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında baş tutan telefon danışığını şərh edərkən deyib.
 
Onun sözlərinə görə, Soçi görüşündə kommunikasiyanın açılması üzrə imzalanacaq sənəd-bəyannamə mətninin razılaşdırılması mümkündür:

"Hesab edirəm ki, Putin bu məsələ ilə bağlı Şarl Mişeli də məlumatlandırıb. Əslində bu tam olaraq məlumatlandırma deyil, Şarl Mişelin Putindən xahişidir. Şarl Mişel Qarabağ üzrə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli sazişlərin müddəalarının həyata keçirilməsi, o cümlədən iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində atılan addımlar barədə Putindən məlumat alıb. Bu, həm də ondan xəbər verir ki, Şarl Mişel 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli sazişlərin müddəaları barədə məlumatlı deyil”.
 
Politoloqun fikrincə, Vladimir Putinlə Şarl Mişel arasında baş tutan telefon danışığında iki mühüm məsələ müzakirə edilib:

"Görünür, Şarl Mişel Soçi görüşündən ehtiyat edir. Putin Soçi görüşünü Brussel görüşündən əvvəl keçirməklə faktiki olaraq bu görüşün mahiyyətini azaltdı. İndiki halda Mişel Putindən Soçi görüşündə ortaq məxrəcə gəlinəcək məsələrdən bəzilərinin Brussel görüşündə təsdiqlənməsini istəmiş ola bilər”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...