"Putin sanki mesaj verir ki..." - Rusiya bundan sonra Qarabağla bağlı hansı addımı atacaq?

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1” telekanalına müsahibəsində Dağlıq Qarabağ ərazisinin hansı ölkəyə məxsusluğunu şərh edərkən bildirib ki, Dağlıq Qarabağ və ətrafdakı rayonlar Azərbaycanın ayrılmaz hissəsidir.
 
Bu barədə Sfera.az-a danışan "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Putinin həmin fikirləri ikibaşlı xarakter daşıya bilər:

"İkibaşlı açıqlamadır. Bir tərəfdən, o Azərbaycanın ərazi bütövlüyünü vurğulayıb. Bir tərəfdən deyir ki, Ermənistan özü Dağlıq Qarabağı tanımayıb. Beynəlxalq aləm də Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Amma digər tərəfdən, müsahibələrində təhlükəli məqamlar da yer alıb. Qarabağı Abxaziya, Cənubi Osetiya və Krımla müqayisə edərək sanki mesaj verir ki, hansısa bir problem çıxsa, Dağlıq Qarabağı tanıya da bilərlər. Digər tərəfdən, Rusiya sülhməramlıları separatçılarla çox əlaqəli şəkildə işləyir. Rusiyanın Fövqəladə Hallar naziri də Dağlıq Qarabağa gəlib".

Bu səbəblərdən həmsöhbətimiz Putinin hər zaman açıqlamaları ilə real fəaliyyəti arasında fərqlərin olduğunu diqqətə çatdırdı:

"Tək Rusiya rəhbəri deyil, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Tanımasaydı, qeyri-adi məsələ olardı. Ona görə də Putinin Azərbaycanın ərazi bütövlüyünü tanımasından təbii heç nə yoxdur. Sadəcə, bundan sonra Rusiyanın addımlarına diqqət yetirməliyik".

Elçin
Sfera.az

 

 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...