Putin Qərbə mesaj verir: Azərbaycanla Ermənistan arasında növbəti qarşılıqlı güzəştlər olacaq

Putin Qərbə mesaj verir: Azərbaycanla Ermənistan arasında növbəti qarşılıqlı güzəştlər olacaq
"5 erməni diversantın qaytarılması, ondan əvvəl Zəngilan və Ermənistanın Qafan rayonu arasında yerləşən Ağdağ zirvəsinin Azərbaycana təhvil verilməsi xəbərlərinin yayılması fonunda Rusiya Prezidenti Vladimir Putinin açıqlaması diqqət çəkir. Putin bildirib ki, Azərbaycan və Ermənistan sərhəd xəttinin müəyyənləşdirməsini SSRİ dövrünün xəritələrinə əsaslanaraq həll edə bilər, lakin bu proses qarşılıqlı güzəştlər tələb edir”.
 
Sfera.az bildirir ki, bunu siyasi yazar Aqşin Kərimov deyib. Onun sözlərinə görə, bu qarşılıqlı güzəştlərin bəzilərini müşahidə edirik və yaxın günlərdə başqa kompromislər də gözlənilir:

"Ancaq bunun nə olacağını dəqiqləşdirmə aparmadan proqnozlaşdırmaq çətindir. Əvvəldən sərhəd məsələsində Rusiya təşəbbüsü ələ almışdı, Azərbaycanın Ermənistanla sərhəddə strateji nöqtələrdə möhkənlənməsinə Kreml narazılıq etmirdi. Bu məsələdə Türkiyə ilə ortaq razılıq da var idi, buna şübhə etmək mümkün deyil. Lakin Qərb də sərhəd xəttinin müəyyənləşməsinə öz töhfəsini vermək istədi, səbəb isə bu idi ki, Rusiyanın təsiri neytrallaşsın”.

Kərimov qeyd edib ki, bu kontekstdən yola çıxaraq Putinin açıqlamasında Qərbə ünvanlanan mesajları görmək olar: 

""Bizə bu məsələdə Azərbaycan, Ermənistan və Rusiyadan başqa heç kim lazım deyil. Bunun sadə praqmatik səbəbləri var. Çünki Rusiya ordusunun Baş Qərargahında Sovet dövründə ittifaq respublikaları arasında sərhədin necə keçdiyini göstərən xəritələr var”... Dəfələrlə sərhəd məsələsini qlobal rəqabət müstəvisində izah etməyə çalışmışıq, Putinin bəyanatı isə bu rəqabəti bir daha göz önünə qoyur. Rəqabət isə beynəlxalq güclərin sülh müqaviləsində maraqlarını təmin etməyə yönəlib”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

"Mən itirdikcə qazandım" - Oksana

"İnsan itirdikcə qazanır... Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona... Ü...

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib.    Sfera.az-ın məlumatına görə, hadisə bu...

Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"yə qalib gələrək finala yüksəldi

Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.   Sfera.az-ın məlumatına görə, yarımfinalın cavab matçında "Qarabağ" "Ne...

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...