Putin Qələbə paradında veteranlardan bunu etməməyi xahiş etdi

Putin Qələbə paradında veteranlardan bunu etməməyi xahiş etdi

Rusiya prezidenti Vladimir Putin Qələbə paradında veteranlardan ayağa qalxmamağı xahiş edib.


Sfera.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Qələbə paradında çıxışı zamanı veteranlardan ayağa qalxmamağı xahiş edib. Video ğörüntüyə düşən sözügedən məqamı jurnalist Dmitri Smirnov öz Telegram kanalında yayımlayıb.


Kadrlarda Putinin kürsüyə çıxdığı zaman veteranların ayağa qalxmağa başladığı görünür.Həmin an prezident onlara yerlərində qalmalarını işarə edir.


Qeyd edək ki, Sovet xalqının Böyük Vətən Müharibəsindəki Qələbəsi nin75 illiyinə həsr olunmuş parad saat 10:00-da Moskvadakı Qırmızı Meydanda start götürüb. Paradı müdafiə naziri Sergey Şoyqu qəbul edib.

 

Ümumilikdə paradda 14 mindən çox hərbi qulluqçu, 234 ədəd tarixi və müasir yerüstü hərbi texnika və 75 təyyarə iştirak edir. Tədbirdə Belarusiya, Özbəkistan, Bosniya və Herseqovina, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Serbiya rəhbərləri iştirak edir.

 

Parad iştirakçıları arasında Avrasiya İqtisadi Komissiyasının rəhbəri Mixail Myasnikoviç, Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin sədri Sergey Lebedev və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas da var.

 

Xatırladaq ki, koronavirus pandemiyası səbəbi ilə 9 mayda keçirilən ənənəvi Qələbə paradı təxirə salındı. Ötən ayın sonunda isəRusiya Prezidenti Vladimir Putin sözügedən tədbirin iyunun 24-də keçirilməsinə dair göstəriş verdi. Onun fərmanı ilə bu gün istirahət günü elan edildi.


OXŞAR XƏBƏRLƏR

Sülh yolu ilə yola salınan SÜLHMƏRAMLILAR: Rəsmi Bakının növbəti diplomatik uğuru!

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması tarixi hadisədir desək, yəqin yanılmarıq. Bu, həm xalqın, həm də ölkə başçısı,...

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...