Putin Qafqazdakı qondarma respublikaya səfər edir

Putin Qafqazdakı qondarma respublikaya səfər edir

Rusiya Prezidenti Vladimir Putin qondarma Abxaziyaya səfər edəcək.

Bu barədə informasiyanı "RBC” saytı özünün etibarlı mənbələrinə istinadən yayıb.

Səfər 2008-ci il Gürcüstan-Rusiya müharibəsinin başlama tarixinə təsadüf edəcək. Putin Abxaziyada bir sıra rəsmi şəxslərlə görüşəcək.

Qeyd edək ki, Abxaziya Gürcüstanın ayrılmaz hissəsidir. 2008-ci il müharibəsindən sonra Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

Putin sonuncu dəfə Abxaziyada 2013-cü ildə olub.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR