Putin Paşinyanı CƏZALANDIRIR: Ermənistandakı aksiyalar nə ilə nəticələnəcək?

Putin Paşinyanı CƏZALANDIRIR: Ermənistandakı aksiyalar nə ilə nəticələnəcək?
Bir neçə gündür ki, Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyaları davam edir. Müxalifət nümayəndələri yolları bağlayır, Baş nazir Nikol Paşinyanı satqınlıqda günahlandırır və hakimiyyətin dəyişməyini tələb edirlər.
 
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, son vaxtlaradək ölkədə daxili vəziyyət stabil olsa da, Paşinyanın Moskvaya səfərindən və Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra durum dəyişib:

"Həm daxildə etiraz aksiyaları başlandı, həm də sərhəddə təxribatlar intensivləşdi. Ermənistanın müxtəlif rəsmiləri, o cümlədən Paşinyan, XİN rəhbəri Ararat Mirzoyan və başqaları Moskva səfərinədək Aəzrbaycanla sülh danışıqlarında maraqlı olduqlarını söyləyirdilər. Putinlə Paşinyan arasındakı görüşdən sonra isə səslənən bəyanatların məzmunu dəyişdi. Bütün bunlar onu göstərir ki, Moskvanın İrəvana təzyiqləri artır. Bu isə Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin gündəmə gəlməsi, birbaşa təmasların yaranması, həmçinin Qərbin bu məsələdəki təşəbbüskarlığı ilə bağlıdır. ABŞ dövlət katibi Entoni Blinkenlə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş və əldə olunan razılıqlar da, şübhəsiz, Kremli narahat etməmiş deyil”.

Müsahibimiz bildirib ki, Moskva görüşü Putinin ürəyincə olmayıb:

"Hətta, ola bilsin, Kreml Ermənistanı Qərbdən "qoparmaq” üçün Ukrayna ilə müharibədə konkret mövqe sərgiləyəcəyinə dair Paşinyandan təzminat istəyib, lakin buna nail olmayıb. Ona görə də indi Kremli cəzalandırmaq, belə demək mümkünsə, Paşinyanın "ağlını başına gətirmək” qərarına gəlib.  Aksiyalar, yəqin ki, o qədər çox çəkməyəcək. İndiki məqamda Paşinyanın devrilməsi və hakimiyyətə "Qarabağ klanı”nın üzvlərinin gəlməsi Putin  üçün prioritet deyil. Ən azından ona görə ki, indi onu düşündürən daha vacib məsələlər var. Çox güman, mitinq Paşinyan təhlükəni hiss edənədək davam edəcək. Kremlə lazım olan da budur. Yaxın günlərdə Putinlə Paşinyan arasında telefon danışığının olması, hətta yaxın iki həftə ərzində baş nazirinin yenidən Moskvaya səfər etməsi istisna deyil. Beləliklə, Putin ötən görüşdə nail olmadığı məqsədlərini indi reallaşdırmağa çalışa bilər. Bu məqsədlər arasında Azərbaycanla Ermənistanın yaxınlaşmasına mane olmaq, Qərblə İrəvanın "arasını vurmaq” və s. var”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Türkiyə HƏMAS ilə danışıqlar APARACAQ

Türkiyə Qəzza zolağı ilə bağlı məsələnin nizamlanması üçün səylərini artırır və bu məqsədlə ölkənin xarici işlər naziri Hakan Fidan Qətərə səfər edəcək. &nbs...

Şüvəlanda yol qəzası - xəsarət alanlar var

  Bakının Xəzər rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Şüvəlan qəsəb...

Doktoranturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - BU GÜN SAAT 11:00-DAN...

Bu gün saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır. Sfera.az xəbər verir ki, bu barədə Elm və Təhsi...

Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA

“Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.   Sfera.az bildirir ki, bunu qa...

Qripin ağciyərlərə vurduğu zərərin qarşısını alan dərman hazırlandı

Yeni hazırlanmış dərman qripin yaratdığı iltihabın səbəb olduğu ağciyər zədələnməsinin qarşısını ala bilib.   Sfera.az bildirir ki, qripə səbəb olan qr...

Gürcüstan parlamentində kütləvi dava düşdü

Gürcüstan parlamentində “Xarici agentlər haqqında qanun”un müzakirəsi zamanı səs-küylü insident yaşanıb.    Sfera.az bildirir ki, Gü...