Putin Paşinyana onunla nahar etmək şansını niyə verdi? - Dünənki görüşün PƏRDƏARXASI

Putin Paşinyana onunla nahar etmək şansını niyə verdi? - Dünənki görüşün PƏRDƏARXASI
"Rusiya prezidenti Putinlə Ermənistan baş naziri Paşinyanın Moskvada bu il sayca dördüncü görüşü baş tutdu. İki ölkə rəhbərinin bir-birinə ünvanladığı qısa müraciətlərdən görüşün məzmunu barədə ilkin təəssüratlara gəlmək mümkündür”.
 
Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. Onun sözlərinə görə, görüşdə çox ciddi və ətraflı müzakirəsi tələb olunan məsələlər gündəlikdə olub:

"Belə olmasaydı, Putin Paşinyana onunla "nahar etmək” şansı verməzdi. Putinin qeyri-rəsmi leksionunda nələrin olduğu Paşinyana məlum olmamış deyil. MDB-nin sammitinin yada salınması orada da Ermənistanla bağlı mühüm məsələlərin müzakirə ediləcəyinə eyhamdır. Burada Ermənistanın Belarusiyanın ardınca irəli çəkilməsindən söhbət gedə bilər. Vladimir Putin regiondakı ümumi nizamlama prosesinə toxunur və bu halda Qarabağın adını çəkmir. Bu o deməkdir ki, Qarabağ məsələsi artıq Rusiyanı Ermənistan qədər ciddi maraqlandırmır və narahat etmir”.

Müsahibimizin sözlərinə görə, Paşinyanın Moskvaya Putin tərəfindən dəvət edildiyini vurğulaması Qərbdəki havadarlarına bir mesaj idi:

"O, öz xoşu ilə Putinlə görüşmək arzusunda olmadığını bildirmək istəyir və sanki, Rusiyanın caynağından qurtulmaq üçün yardım umur. Qarabağ münaqişəsinin həll olunmaması fikrini irəli atmaqla və bu məsələnin Putinin də qeyd etdiyini deməsi, Ermənistanın baş nazirinin diqqəti digər məsələlərdən ayırmaq üçün  manevr etməsi kimi də başa düşülə bilər. Bu, həm də görüşə böyük ümidlə baxan erməniləri sakitləşdirmək üçün ona lazım idi”.
Xatırladaq ki, dünən Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Kremldə görüşü baş tutub.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...