Putin niyə peyvənd olunmur? - Peskov aydınlıq gətirdi
16:08 / 25.11.2020
1242
Prezident Vladimir Putinin Rusiya istehsalı "Sputnik V”
vaksinindən istifadə edib-etmədiyi gündəmə gəlib.
Sfera.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bu barədə mətbuata açıqlama verib:
"Bizdə hələ kütləvi peyvəndləmə başlamayıb. Əlbəttə ki, dövlət başçısı peyvəndləmədə könüllü kimi iştirak edə, sertifikat almamış peyvəndi istifadə edə bilməz. Bütün prosedurlar bitdikdən sonra bu haqda məlumat veriləcək”.
Xatırladaq ki, Vladimir Putin bu ilin avqustunda ölkədə istehsal olunan koronavirus infeksiyasına qarşı vaksinin dünyada rəsmi olaraq qeydiyyatdan keçən ilk peyvənd olduğunu açıqlayıb. Onun qızlarından birinin də peyvənd olunduğu bildirilib.