Putin Köçaryanla niyə görüşdü? - Açıqlama

Putin Köçaryanla niyə görüşdü? - Açıqlama
"Putinin Köçaryanla bu görüşü Ermənistanla bağlı son nəticəyə gəlmək üçün fakt toplamağa  hesablanıb”.

Bu sözləri Sfera.az-a açıqlamasında Rusiya prezidenti Vladimir Putinin Ermənistan baş naziri Nikol Paşinyanın Moskvaya səfəri ərəfəsində keçmiş prezident Robert Köçəryanla onlayn görüş keçirməsinin məqsədlərini şərh edərkən politoloq Qabil Hüseynli deyib.

Həmsöhbətimizin fikrincə, ümumiyyətlə Rusiyanın hərəkətlərinə izahat vermək qeyri-mümkündür:

"Rusların özləri demişkən, Rusiyanı ağılla dərk etmək olmur. Rusiya Putin dönəmində o qədər siyasi manipulyasiyalar edib ki, onun hərəkətlərinə izahat vermək çox çətindir. Amma hər halda hesab edirəm ki, indiki halda bölgə, o cümlədən Rusiya üçün də  Ermənistanda ən layiqli namizəd Nikol Paşinyandır.  Seçkilərdə əhalinin əksər hissəsi Paşinyana səs verəcək.  Rusiya məsələyə nə qədər müdaxilə etməyə çalışsa da, çətin ki, bunun əksinə nail olsun”.

Q. Hüseynli düşünür ki, Rusiyanın Robert Köçəryana "stavka” etməsi çox risqlidir: "Bunu böyük ehtimalla Kremldə də anlayırlar. Köçəryan Rusiyanın "Qazprom” şirkətinin İdarə Heyətinin üzvüdür. Bu mənada Paşinyanın Rusiyaya gözlənilən səfərindən öncə Putinin Köçəryanla onlayn görüşməkdə məqsədi sadəcə olaraq Ermənistan və bu ölkənin hazırkı hökumətilə bağlı son nəticəni çıxarmaq üçün  məsləhətləşmələr aparmaq, müqayisə etmək və fakt toplamaqdan ibarətdir.  Belə görüşlərdən sonra yəqin ki, Moskva Ermənistanda olacaq növbədənkənar seçkilər ərəfəsi mövqeyini də qəti şəkildə müəyyənləşdirəcək”.
 
Elçin
 
 
.
 
 

OXŞAR XƏBƏRLƏR