Putin: \"İndi qarşımızda qaçqınları Qarabağa qaytarmaq vəzifəsi dayanır\"
16:26 / 27.01.2021
1325
"Üçtərəfli bəyanat ardıcıl olaraq həyata keçirilir. Qan tökülməsini dayandırmağı, tam atəşkəsə nail olmağı və sabitləşmə prosesinə başlamağı bacardıq”.
Sfera.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Davos forumunda çıxışında söyləyib.
"İndi beynəlxalq əməkdaşlıq qarşısında zərərçəkənlərə yardım göstərmək və qaçqınların geri qaytarılması, tarixi abidələrin qorunması və bərpası ilə bağlı humanitar problemlərin həlli məsələləri dayanır”, - o bildirib.
(report)