Putin eks-həyat yoldaşı barədə “Hazırda dostuq...”

Putin eks-həyat yoldaşı barədə  “Hazırda dostuq...”

Rusiya prezidenti Vladimir Putin keçmiş həyat yoldaşı Lyudmila, qızları Mariya və Yekaterina haqda danışıb. 

Sfera.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə hind agentliyi olan IANS informasiya paylaşıb. Öz şəxsi həyatı və ailəsi ilə münasibətləri barədə Putin Sankt-Peterburqda keçirilən xarici xəbər agentliklərinin rəhbərləri ilə görüşündə açıqlama verib. 

Prezident eks-xanımı ilə hazırda dost münasibətində olduğunu, qızları isə demək olar ki, hər gün danışdığını bildirib. 

Rusiya lideri qeyd edib ki, o, hətta bəzən gecə 2-yə qədər yatmayaraq ailəsi ilə lazımi detalları müzakirə edir. Şəxsi həyatı barədə suala isə Putin belən cavab verib:

“Mənim gələcəklə bağlı planlarım var. Hər şey qaydasındadır”.

Qeyd edək ki, boşanma haqda qərarı Putin və Lyudmila 2013-cü ilin iyununda elan ediblər. Onlar 30 il nikahda yaşayıblar. İki qızı olan cütlük boşandıqdan sonra da yaxın dost qalacaqlarını bildirmişdilər. 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi BAŞLADI

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb.   Sfera.az xəb...

ABB-nin ATM-lərində YENİLİK!

Ölkəmizin ən böyük xidmət şəbəkəsinə malik banklarından olan ABB öz ATM-lərində yeni proqram təminatının tətbiqinə başlayıb. Bu yenilik ATM-lər vasitəsilə bank ...

"Ermənilərə həmişə türk kömək edib, sülh müqaviləsi bağlanacaq" - Deputat

“2023-cü il dövlət səviyyəsində Heydər Əliyev ili idi. Dünən Moskvada dövlət başçılarının görüşündə Baykal-Amur magistralında rolundan danışıldı, bu da He...

Sosial yardımlar nə vaxt veriləcək? - RƏSMİ AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. ...

Siyavuş Novruzov Əli Kərimlini debata ÇAĞIRDI: "Tiktokerlik etməkdənsə, gəlsin..."

“Azərbaycanın atdığı hər addım beynəlxalq hüquq standartlarına uyğundur”.    Sfera.az xəbər verir ki, bunu Milli Məclisin ...

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini TƏMİN ETMƏDİ

Bakı Apellyasiya Məhkəməsi Əvəz Zeynallının şikayətini təmin etməyib.   Sfera.az xəbər verir ki, bu barədə “Report”a onun həyat yold...