No Image
No Image

Putin: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”

Putin: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”
 Rusiya prezidenti Vladimir Putin "Rossiya 1" telekanalının efirində Dağlıq Qarabağ ərazisinin hansı ölkəyə məxsusluğu məsələsini şərh edib.

Sfera.az xəbər verir ki, Kreml rəhbəri Qarabağın Azərbaycana məxsus olduğunu bildirib.

"Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımadı. Bu o deməkdir ki, beynəlxalq hüquq nöqteyi-nəzərindən Dağlıq Qarabağ və ətrafındakı rayonlar Azərbaycan Respublikası ərazisinin ayrılmaz hissəsidir", - deyə Rusiya lideri bildirib.

Bu halda o vurğulayıb ki, KTMT-yə üzvlük şərtləri Rusiya üzərinə münaqişəyə qarışmaq öhdəliyi qoymayıb.

Putinin sözlərinə görə, rəsmi Moskva Yerevanla hərbi-texniki əməkdaşlıq çərçivəsində öz öhdəliklərini tamamilə yerinə yetirib.

"Sizi inandırıram, Ermənistan özünü atılmış, unudulmuş hiss etmirdi. Və Rusiya hər şeyi etdi ki, bu olmasın", - dövlət başçısı fikirlərini yekunlaşdırıb.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və İndoneziya XİN başçıları arasında telefon danışığı oldu

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İndoneziyanın xarici işlər naziri Retno Marsudi arasında telefon danışığı baş tutub. XİN-dən Sfera.az-...

Paşinyan arvadının kölgəsinə sığınmağa cəhd edir - Yeni məkrli addım

Mətbuatın yazdığına görə, Ermənistan Xarici İşlər Nazirliyi əcnəbi ölkələrdəki səfirliklərinə baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın dünya dövl...

Hulusi Akardan Fransa Senatının qətnaməsi ilə bağlı AÇIQLAMA

"Senatın qətnaməsi Fransanın Qarabağ məsələsində həllin deyil, problemin parçası olduğunu bir daha nümayiş etdirib”. Sfera.az  "Anadolu”ya istinadən ...

Bölgənin "açar ölkə"si Azərbaycanla əlaqələri gərginləşdirmək nə ilə nəticələnə bilər? - Qərbə AÇIQ MESAJ

Xarici mətbuata açıqlamasında ABŞ-ın Avropadakı Quru Qoşunlarının sabiq komandanı general-leytenant Ben Hodges bildirib ki, Qərb Qara dəniz bölgəsində əlaqələri...

Milli Məclisin Fransaya qarşı bəyanatının TAM MƏTNİ

Milli Məclisin bugünkü plenar iclasında qıbul olunmuş bəyanatın tam mətni yayılıb. Sfera.az bəyanatı təqdim edir. Fransada fəaliyyət göstərən ayrı-ayrı türkof...

Türkiyə və İran səfirləri Qarabağı müzakirə etdilər

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Dağlıq Qarabağdakı son vəziyyəti müzakirə ediblər. Sfera....