Putin bu məhdudiyyətin LƏĞV EDİLMƏSİNİ İSTƏYİR

Putin bu məhdudiyyətin LƏĞV EDİLMƏSİNİ İSTƏYİR
Rusiya Prezidenti Vladimir Putin ölkə rəhbəri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən kənarlaşdırılan məmurlara tətbiq olunan yaş məhdudiyyətinin ləğv edilməsini təklif edir.
 
Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, Putin bu haqda qanun layihəsini Dövlət Dumasına təqdim edib. 

Dövlət qulluğu haqqında qanunun hazırkı redaksiyasında yaş məhdudiyyəti - 65 yaş müəyyənləşdirilib.

Layihədə isə dövlət qulluğu vəzifələrini icra edən, vəzifəyə təyin olunması və vəzifədən azad olunması Rusiya Federasiyasının Prezidenti tərəfindən həyata keçirilən dövlət qulluqçuları üçün, dövlət qulluğunun müddətini uzadarkən, 70 yaşına çatması ilə əlaqədar məhdudiyyət tətbiq edilməməsini nəzərdə tutulur. 


OXŞAR XƏBƏRLƏR