Putin bu gün Paşinyanla görüşəcək

Putin bu gün Paşinyanla görüşəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Sfera.az xəbər verir ki, daha əvvəl Kremlin Mətbuat xidməti görüşdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının icrasına baxılacağını bildirmişdi. Bundan əlavə, görüş zamanı bölgədəki mövcud problemlərin, xüsusən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kontekstində həll olunması üçün əlavə addımlar müzakirə ediləcək.

Putinin Paşinyanla Rusiya-Ermənistan strateji tərəfdaşlığının inkişafının aktual məsələlərini və Avrasiya məkanında inteqrasiya birliklərində qarşılıqlı fəaliyyət perspektivlərini də müzakirə edəcəyi gözlənilir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, tərəflər Ermənistandakı seçki prosesi ilə bağlı fikir mübadiləsi aparmağı da planlaşdırırlar.

Paşinyan "İnterfaks”a müsahibəsində Ermənistanın hərbi-texniki daxil olmaqla Rusiya ilə geniş və uzunmüddətli əməkdaşlığa yönəldiyini vurğulayıb. Onun sözlərinə görə, Ermənistan Rusiya silahlarını, xüsusən "Su-30SM” qırıcılarını almağa davam etməyi planlaşdırır.

OXŞAR XƏBƏRLƏR

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...