Putin 95 yaşına qədər prezident olmaq məsələsi haqda

Putin 95 yaşına qədər prezident olmaq məsələsi haqda
 

Rusiya prezidenti Vladimir Putin Malayziyada dövlət başçısı olmaq üçün maksimal yaş həddinin 95 olduğunu eşidəndə buna zarafatla cavab verib.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Vladivostokda keçirilən Şərq iqtisadi forumu zamanı Malayziyanın baş naziri Mahathir Məhəmməd onun ölkəsində dövlət başçısı olmağın son yaş həddinin artırıldığını və 95-ə çatdırıldığını deyib.

"Mənim hələ o yaşım deyil”,-Putin buna zarafatla belə cavab verib.

Malayziyada baş nazir ölkənin ən yüksək siyasi vəzifəsidir və hazırda bu vəzifəni tutan Mahathir Məhəmmədin 94 yaşı var. Putinin isə hazırda cəmi 66 yaşı var.


OXŞAR XƏBƏRLƏR