Putin 61 minlik idman ayaqqabısı geyindi - FOTO

Putin 61 minlik idman ayaqqabısı geyindi - FOTO

Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşərkən qeyri-rəsmi tərzdə geyimi ilə diqqət çəkib.

RBKxəbər verir ki, tərəflər arasında görüş ötən gün Valaam adasında baş tutub.

Dövlət başçısı kimi əksər vaxtlarda rəsmi tərzdə geyinən V.Putin bu dəfə cins, köynək, gödəkçə və idman ayaqqabısındanistifadə edib.

Rusiya lideri bir qayda olaraq "New Balance” brendinin idman ayaqqabılarına üstünlük verir, lakin prezident Valaama səfəri zamanı zamşadan tikilmiş tünd-göy rəngli idman ayaqqabısı geyinib.

Məlum olub ki, V.Putinin ayaqqabısı İtaliyanın "Loro Piano” brendinin malıdır. "Week End Walk” modeli xüsusi texnologiya əsasında hazırlanıb və idman ayaqqabısının səthini yağışdan qoruyur.

Sözügedən idman ayaqqabısı Moskvadakı "Loro Piano” mağazasında 61550 rubla (təqribən 1668 manat – red.) satılır.

 

 


 


OXŞAR XƏBƏRLƏR