Putin 2021-2025-ci illər üçün müdafiə planını təsdiq etdi

Putin 2021-2025-ci illər üçün müdafiə planını təsdiq etdi

2020-ci ilə qədər etibarlı olan əvvəlki belə sənəd 2015-ci ilin noyabrında qəbul edilmişdi.


Sfera.az "TASS”a istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin 2021-2025-ci illər üçün Rusiya müdafiə planının həyata keçirilməsinə dair fərman imzalayıb. Sözügedən sənəd cümə günü rəsmi informasiya portalında yayımlanıb.


Fərmanın mətnində "2021-ci ilin 1 yanvarından etibarən Rusiya Federasiyasının 2021-2025-ci illər üçün müdafiə planının qüvvəyə minməsinə qərar verilir",- deyilir. 13 Noyabr tarixli fərman imzalandığı gündən qüvvəyə minib. 


Rusiya ilk müdafiə planı 2013-cü ilin yanvarında təsdiqlənmişdi. Həmin sənəddə dövlətin təhlükəsizliyi üçün potensial təhlükə və təhdidlər göstərilir, silahlı qüvvələrin inkişafı və silahlandırma proqramlarının icrası, səfərbərlik təlimi və ərazi müdafiəsi kimi təməl sahələrində hərəkətlər əlaqələndirilir.


Tərcümə: Selcan

Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...