Putin 12 il sonra bunu edəcək
Siyasət
18:05 / 25.01.2021
1649
Rusiya Prezidenti Vladimir Putin Davos Dünya İqtisadi Forumunda çıxış edəcək.
Sfera.az-ın xəbərinə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, V. Putin yanvarın 27-də Davos İqtisadi Forumunda çıxış etməyi planlaşdırır.
"O ki qaldı müzakirələrə, onlar adətən qapalı rejimdə keçirilir”, - deyə D. Peskov vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Davos İqtisadi Forumunda axırıncı dəfə 2009-cu ildə çıxış edib. (APA)