Pulu hansı valyutaya çevirməli? – Ekspertlərdən 2021-ci il MƏSLƏHƏTİ

Pulu hansı valyutaya çevirməli? – Ekspertlərdən 2021-ci il MƏSLƏHƏTİ
Ekspertlər 2021-ci ildə hansı valyutalarla qazanc əldə edə biləcəyinizi açıqlayıblar.

Sfera.az xəbər verir ki, Rusiyanın tanınmış ekspertlərinin fikrincə, bu il daha sərfəli investisiyalar üçün avro və yuana diqqət yetirilməlidir, dollarla İngiltərə funt sterlinqi isə əhəmiyyətli gəlir gətirməyəcək.

"ABŞ Federal Ehtiyat Sisteminin "ucuz dollar" siyasətini həyata keçirəcəyini gözləyirik. Avroya qoyulan investisiyaların dollarla müqayisədə daha çox gəlir gətirə biləcəyini düşünürük. Dollara və avroya nisbətdə bahalaşmağa davam edə bilən Çin yuanı da diqqətdən kənarda qalmamalıdır", -deyə Milli Reytinq Agentliyinin (NRA) icraçı direktoru Sergey Qrişunin bildirib.

Ekspertin fikrincə, 2021-ci ildə səhmdarlar inkişaf etməkdə olan ölkələrin türk lirəsi kimi zəif valyutalarından çəkinməlidirlər. Eyni zamanda, sabit İsveçrə frankını da unutmaq olmaz, amma mübadilə zamanı valyuta məzənnələri arasındakı böyük fərqlər səbəbindən onu mənfəəftlə alıb satmaq çətin olacaq, bu da onun investisiya cəlbediciliyini azaldacaq.

Öz növbəsində, "Otkrıtıy broker” in investisiya strateqi Konstantin Buşuyev, bu il "əmtəə" valyutalarına - Avstraliya və Kanada dollarlarına, eləcə də inkişaf etməkdə olan ölkələrin valyutalarına - Braziliya realı və Meksika pesosuna diqqət yetirməyin faydalı olacağına inanır.

"Bu ölkələrin valyutalarındakı müsbət dəyişiklik, səhm və istiqrazların qazandırdığı əsas  gəlirə əlavə bonus gətirə bilər. ABŞ dolları və İngiltərə funt sterlinqinin səhmdarların favoritləri arasında olma ehtimalı azdır",- deyə o, bildirib.

Eyni zamanda, analitik xatırladıb ki,  valyutalar özlüyündə gəlirli alət hesab edilmir, çünki dividend, yaxud gəlir gətirmir və uzunmüddətli sabit diapazonlarda oynaya bilər. "Mənfəətli maliyyə alətlərinin digər ölkələrin valyutalarında - səhm və istiqrazlarında satın alınması yüksək gəlir verə bilər",- deyə ekspert bildirib.

Mənbə: Ria. Novosti
Tərcümə: Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...