Pulqabı haqqında qəribə inanclar - Varlanmaq istəyənlər üçün

Pulqabı haqqında qəribə inanclar - Varlanmaq istəyənlər üçün

Pulqabı bizim cansız dostumuzdur. Harda olmağımızdan asılı olmayaraq, daim bizimlədi.Pulqabı ilə bağlı qəribə inanclar var. Brifinq.az maraqlı olacağını nəzərə alıb, həmin inanclardan bəzilərini sizə təqdim edirik:

Yeni aldığınız pulqabıdan pulunuz tez-tez düşürsə, pul heç vaxt sizi sevməyəcək.

Pulqabı səliqəli, təzə olmalıdır. Həmçinin pulların böyükdən kiçiyə səliqəli və eyni istiqamətdə yığılmasına diqqət edin. Pulu sonuna kimi xərcləməyin, heç olmasa, qəpik saxlayın.

Pulun uğurlu olmasını istəyirsinizsə, onlarla səliqəli rəftar edin.

Fen-şuya görə, pulqabı seçərkən rənginə, materialına, təzə qalmasına diqqət edilməlidir.

Pulqabının rəngi:

Ümumi götürsək, qırmızı və qızılı rəngli pulqabı uğurlu sayılır.

Fen-şuya görə, hər kəsin öz elementi var. Elementə uyğun olaraq, hər kəs özünün var-dövlət rəngini bilməlidir. Buna uyğun da pulqabı seçməlidir.

Elementlər:

Od - qırmızı tonlar aiddir.

Torpaq - qızılı, sarı, baj, narıncı rənglər aiddir.

Ağac - yaşıl, qəhvəyi rənglər aiddir.

Su - qara, mavi, göy, bənövşəyi rənglər aiddir.

Metal - ağ, boz, gümüşü rənglər aiddir.

Lakin inanca görə, elementdən asılı olmayaraq, mavi, göy rəngli pulqabı pulu göyə sovurur.

Materialı:

Pul qabı dəridən, məxmərdən, parçadan hazırlanır. Əsasən təbii materialdan hazırlanması vacibdir. Bütün təmiz materialların öz enerjisi var. Pulqabının daim enerjili olması üçün təmiz dəri materiallı və geniş olmasına diqqət edin. Blaca pulqabı az puldan xəbər verir.

Bu səhvləri etməyin:

Pulqabının içinə puldan əlavə heç bir şəkil, çek (işıq, qaz, su) , bilet-filan qoymaq olmaz. Çöldən tapılan pulu pulqabına qoymayın. Çünki onun öz neqativ enerjisi var. Çox pulun böyük, az pulun az enerjisi olur.

Pulqabının talismanı

Ruzulu olması üçün içinə darçın, nanə yarpağı, yaşıl şay, 3 ədəd qırmızı lentlənmiş Çin qəpiyi (ortasında deşik var) qoyun. Həmçinin pulqabının parça hissəsinə təbii yağ da damızdıra bilərsiniz. Bu lavanda, portağal, nanə, yaxud başqa xoşagələn qoxulu yağlar ola bilər


OXŞAR XƏBƏRLƏR

İsrail, yoxsa İran? - Hansı ölkənin ordusu daha güclüdür? - ARAŞDIRMA

İsrailin İrana hücumundan sonra ən çox maraq doğuran mövzulardan biri də hər iki ölkənin müdafiə potensialı ilə bağlı olub.   Maraqlıdır, hansı ölkən...

Azərbaycan və Yaponiya arasında turizm əlaqələri MÜZAKİRƏ OLUNDU

Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.   Sfera.az Dövlət Turizm Agentliyinə...

Nəcibə Mustafayeva: “Beynəlxalq ictimaiyyət Ermənistanı Metsamor AES-i bağlamağa məcbur etməlidir” - VİDEO

“Ermənistanın Metsamor atom elektrik stansiyası (AES) bütün region üçün təhlükə yaradır”.   Sfera.az xəbər verir ki, bunu Heydər Əliyev A...

"Ukrayna ilə danışıqlara başlasaq da, döyüşləri dayandırmayacağıq" - Lavrov

“Ukrayna ilə yeni danışıqlar başlasa da, Rusiya döyüşlərdə fasilə elan etməyəcək”.   Sfera.az “TASS”a istinadən xəbər verir k...

Qazaxın 4 kəndinin Azərbaycana geri qaytarılması barədə razılıq ƏLDƏ EDİLDİ

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin v...

Daxili İşlər Nazirliyində kollegiya iclası KEÇİRİLDİ - FOTO

Daxili İşlər Nazirliyində informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayət...