Pulları təyyarəyə sığdıra bilmədiyi deyilən Əşrəf Qanidən iddialara cavab
10:40 / 19.08.2021
924
"Taliban"ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ölkədən qaçan prezident Əşrəf Qani haqqındakı iddialara cavab verib.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, o, pullarının təyyarəyə sığmadığı ilə bağlı deyilənləri təkzib edib.
Qeyd edək ki, Əşrəf Qaninin ölkədən qaçarkən pulları təyyarəyə sığdıra bilmədiyi üçün böyük bir miqdarını havalimanında qoymaq məcburiyyətində qaldığı bildirilirdi.
Qan tökülməsinin və böyük bir fəlakətin qarşısını almaq üçün ölkədən ayrıldığını deyən Əşrəf Qani yanında pul götürmədiyini iddia edib. O, hətta gizli sənədləri də Əfqanıstanda qoyduğunu deyib.
Aysel
Sfera.az