“PSJ” Fabinyonu almaq istəyir

“PSJ” Fabinyonu almaq istəyir
Ötən sezon yeni oyunçular üçün 400 milyon avro xərcləyən "PSJ” dayanmaq niyyətində deyil.
 
Sfera.az "Le Figaro” nəşrinə istinadən xəbər verir ki, fransızlar yaxşı mərkəz müdafiəçisi axtarışına çıxıb. Onların maraq dairəsinə "Çelsi”dən Nqolo Kante, "Monako”dan Fabinyo düşüb.

Fabinyonu "PSJ” ötən sezonda almaq istəmişdi. Ancaq onların 50 milyon avro təklifi geri çevrilmişdi. Parislilər Kantenin agenti ilə də təmasa giriblər. Lakin "Çelsi” oyunçusu ilə vidalaşmaq niyyətində deyil.


OXŞAR XƏBƏRLƏR