Psixi pozğunluq, yaddaş itkisi, korluq, qəfil ölüm - Bunlara COVID-19 səbəb göstərilir, əslində isə...

Psixi pozğunluq, yaddaş itkisi, korluq, qəfil ölüm - Bunlara COVID-19 səbəb göstərilir, əslində isə...
Koronavirusa yoluxub sağalmış bəzi insanlar sonrakı fəsadlardan şikayət edirlər. "Sanki psixikamda dəyişiklik əmələ gəlib” kimi fikirlərin tez-tez şahidi oluruq. Vəziyyəti kafi qiymətləndirilən, hətta sağalmaq üzrə olan bəzi xəstələrin qəflətən ağırlaşması və tənəffüs dayanmasından dünyalarını dəyişdiyi də söylənilir. Təcili tibbi müdaxilənin belə kömək etmədiyi bu halı, virusun uzunsov beyinə keçib, tənəffüs mərkəzini blokada etməsi ilə əlaqələndirirlər. Səbəbi kəskin hipotoniya olan bəzi ölümlərin isə, virusun qan-damar mərkəzinə iflicedici təsirilə əlaqədar olduğu bildirilir.
 
Sfera.az-ın məlumatına görə, bununla bağlı tibb elmləri doktoru, professor Musa Qəniyev deyib ki,  COVID-19 baş beyinə yalnız üç  keçid yolundan - limfa, qan və ya sinir yolu ilə daxil ola bilər:

"Limfa dövranında sirkulyasiyaya, əsasən yüksək molekul çəkili "amillər” məruz qalır. COVID-19-un molekul çəkisi karbon atomu çəkisinin 1/12 nisbətindən də az olduğuna, eləcə də sirkulyar limfa axınının əks istiqamətliliyi səbəbindən, virusun limfa sistemilə baş beyinə daxil olması qeyri-mümkündür. Koronavirusun qan-damar sistemilə beyinə nəqlinə gəlincə, viruslar mübadiləyə girmək- formalı elementlərə bağlanmaq xüsusiyyətinə malik olmadığından, bu yolla beyinə transformasiya  mümkünsüzdür və ciddi fəsadlar törətməsi reallıq deyil. Deməli, virusun baş beyinə yalnız sinir liflərilə daxil olma ehtimalı qalır”.

Mütəxəssisin sözlərinə görə, COVID 19-un baş və beyinə yeganə giriş qapısı qoxu siniridir:

"Virus qoxu sinir toxumasına daxil olduqdan sonra, qoxu soğanağına çataraq onu zədələyir, bu da tənəffüsün çətinləşməsində əsas səbəblərdən biridir. Bu hal yoluxmanın başlanğıc mərhələsində qoxu hissinin itməsinə səbəb olur. Tənəffüsün isə, qəflətən dayanması və ya kəskin hipotoniya kimi ölümlə nəticələnən halın, COVID-19-la birbaşa bağlılığı yoxdur. Bu ölümlərə koronavirusu səbəb kimi göstərib, insanları qorxu altında saxlamaq olmaz.  COVID-19-un korluq törədə bilməsi isə, ümumiyyətlə, mümkün deyil. Çünki, görmə sinirinin torlu qişadan başlayıb, görmə mərkəzinə, yəni ənsə payının "Mahmuz” şırımına qədərki yolunun heç bir sahəsində COVID-19-un bağlandığı aktiv reseptor mexanizm yoxdur”.

Professor qeyd edib ki, xəstəliyi keçirmiş, eləcə də xəstəliyin davamı müddətində bəzi insanlarda müşahidə olunan operativ yaddaş pozğunluğu, "beynin sanki dumanlanması”, "şüurun qaranlıqlaşması” və sair kimi əlamətlər, immun sistemin virusa qarşı kəskin əks reaksiyasının nəticəsidir:

"Bu hal İgG antitellərin titrinin yüksək olduğu halda, aparılan vaksinasiya və ya revaksinasiya halında da müşahidə oluna bilər. Bu pozğunluqların hər biri zaman-zaman bərpa olunacaq. Yəni xüsusi korreksiya və ya dərman müdaxiləsi tələb edən hal deyil”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...