Prorektor vəzifəsindən gedən sabiq deputatdan AÇIQLAMA

Prorektor vəzifəsindən gedən sabiq deputatdan AÇIQLAMA
 

Keçmiş millət vəkili, Odlar Yurdu Universitetinin prorektoru Ceyhun Osmanlı vəzifəsindən istefa verəndən sonra  Avropada fəaliyyət göstərməyə başlayıb.

Sfera.az xəbər verir ki, yeni işi barədə Modern.az-a danışan Ceyhun Osmanlı yenə də təhsil sahəsində çalışdığını söyləyib:


"Uzun illər Azərbaycanda da təhsil sahəsində çalışmışam. Bu sahə mənə çox doğmadır. Hazırda ölkədən kənarda fəaliyyət göstərsəm də, işim təhsil sahəsi ilə bağlıdır. Bəzi mətbuat səhifələrində Londona köçdüyümü yazdılar. Ancaq təkcə Londonda daimi olaraq qalmıram. Həm Azərbaycanda, həm də Avropada birdən çox universitet və ümumtəhsil məktəblərində birgə layihələrin icrası ilə məşğulam. Bunlarla yanaşı, təhsil eksperti kimi də çıxış edirəm. Hətta iyunda İsveçrədə biznes məktəbin fəxri professoru seçilmişəm”.

Ceyhun Osmanlı digər işləri barədə də danışıb:

"Bəzi inşaat və enerji layihələrində məsləhətçi qismində çıxış edirəm. Bütün bu işlərlə bağlı konkret olaraq hansısa ölkəyə köçməmişəm. 7 ay olar ki, Azərbaycandan kənarda  iş həyatı qurmuşam. Hətta Azərbaycandan kənarda işlərimi qursam da, tez-tez vətənə gedib-gəlirəm. Ailəm və uşaqlarım Bakıdadır. Azərbaycan bizim daimi vətənimizdir. Ona görə də vətənimizi tam olaraq tərk etmək fikrimiz yoxdur”.

Xatırladaq ki, Ceyhun Osmanlı iqtisadiyyat üzrə fəlsəfə doktorudur. Deputat olduğu dövrdə (2010-2015-ci illər, 63 saylı Sabirabad birinci seçki dairəsi) Avropa Parlamenti, Avronest, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə sıx əməkdaşlıq edib. Həmçinin, "İrəli” İctimai Birliyinin həmtəsisçisi və sədri olub. 
C.Osmanlı 2017-2019-cu illərdə Odlar Yurdu Universitetində beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində çalışıb.
Ailəlidir, 3 oğlan övladı var.


OXŞAR XƏBƏRLƏR

"Universitetlərdə qızların geyimləri, oğlanların isə..." - Ekspert tələbələrlə bağlı qadağaları TƏNQİD ETDİ

Bir sıra universitetlərdə qız tələbələrin geyimlərinə, oğlan tələbələrin isə saqqal saxlamalarına qadağa qoyulduğunun şahidi olmuşuq.   Bəs bu qadağ...

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 21% AZALIB

2024-cü ilin 1-ci rübündə Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 25,5% azalaraq 134,5 milyon ABŞ dolları təşkil edib.   Sfera.az APA-ya isti...

"Atletik"in oyunçusu klubu TƏRK EDİR - 15 ildən sonra...

"Atletik"in yarımmüdafiəçisi İker Munyain cari mövsümün sonunda İspaniya klubunu tərk edəcək.   Sfera.az bildirir ki, 31 yaşlı futbolçu bu...

“Qırğızıstanla ticarət dövriyyəsi artıb” - Ekspertdən AÇIQLAMA

"Qırğızıstanla son 15 ildə ən zəif ticarət dövriyyəsi 2017-ci ildə olub".   Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Ə...

Ərdoğan Almaniya Prezidenti ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.   Sfera.az xəbər verir ki, məlumatı “TR...

Azərbaycan futboluna AĞIR İTKİ - Baş məşqçi VƏFAT ETDİ + FOTO

1983-85-ci illərdə “Araz” futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə &qu...