Prokurorluq iki hərbçinin nəşinin tapıldığını AÇIQLADI
11:06 / 22.05.2021
1777
Hərbi Prokurorluq iki hərbçinin nəşinin tapılması haqda məlumat yayıb.
Prokurorluqdan Sfera.az-a verilən məlumata görə, həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha iki hərbi qulluqçunun – baş leytenant Qənbərli Qənbər Bəhruz oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nağıyev Pərviz Güloğlan oğlunun şəxsiyyətləri müəyyənləşdirilərək meyitlərinin aidiyyəti üzrə verilməsi təmin olunub.