Prokurorluq 3 nəfərin öldüyü qəza haqda məlumat yaydı

Prokurorluq 3 nəfərin öldüyü qəza haqda məlumat yaydı
 

İyulun 13-də saat 22 radələrində Naftalan şəhərinin Qaşaltı kəndi ərazisində 1993-cü il təvəllüdlü Orxan Həsənəliyevin idarə etdiyi "Vaz 2107” markalı avtomobillə 1996-cı il təvəllüdlü Camal Dadaşovun idarə etdiyi "Vaz 2107” avtomobilin toqquşması nəticəsində 3 nəfərin ölümü, 4 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib. 

Goranboy Rayon Prokurorluğundan Sfera.az-a verilən məlumata görə, faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 

Cinayət işi üzrə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, şahidlər dindirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...