Prokuror Vüqar Səfərliyə 11 il həbs cəzası İSTƏDİ

Prokuror Vüqar Səfərliyə 11 il həbs cəzası İSTƏDİ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Sfera.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ə.Vəliyevin vəkili çıxış edib.

O bildirib ki, müdafiə etdiyi şəxsə məxsus binanı zərərin ödənilməsi üçün dövlət nəfinə verilməsinə razılıq verilib. Vəkil yazılı ərizəsini məhkəməyə təqdim edib.

Daha sonra dövlət ittihamçısına söz verilib.

Prokuror çıxışında V.Səfərlinin 11 il, B.İsmayılovun 7 il, Ə.Vəliyevin 7 il, N.Məmmədovun 7 il, B.Fətullayevin 2 il, T.Xəlilovun 2 il, T.Tahirovun 7 il, V.Orucovun 2 il, T.Yaqubovanın 6 il (şərti cəza), Ş.İbrahimovun 2 il və N.Hacıyevin isə 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Eyni zamanda, dövlət ittihamçısı V.Səfərlinin üzərinə həbs qoyulmuş əmlaklarının ziyanın ödənilməsinə yönəldilməsini xahiş edib.

Müdafiəçilər çıxış üçün məhkəmədən vaxt istəyiblər.

Növbəti məhkəmə prosesi dekrabrın 14-nə təyin edilib.

Qeyd edək ki, cinayət işi üzrə V.Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Universitetin şöbə müdiri hakim qarşısında: “Dedi ki, 2500 manat verməlisən..."

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri ...

"Təhqiqat qrupu bağçadadır..." - DİN-dən uşağı vuran tərbiyəçi ilə bağlı açıqlama

İsmayıllı rayonunda uşaq bağçasında azyaşlını vuran tərbiyəçi barədə təhqiqat başlayıb. Bu barədə DİN-dən Sfera.az-a məlumat verilib. Bildirilib ki,...

Əli Əliyev həbs edildi

Yasamal rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sfera.az -ın APA...

DİN-dən şagirdi döyən məktəb direktoru ilə bağlı AÇIQLAMA

"Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu görüntülərdən məlumatlıyıq”. Bu sözləri Daxili İ...

DTX əməliyyat keçirdi - Keçmiş MTN polkovniki saxlanıldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovniki və Lənkəran Dövlət Universitetinin keçmiş prorektoru Bahadır Qocayev külli miqdarda dələduzluqda ittiha...

Vətən müharibəsinə aid “orden” və “medal”ları satan şəxs HƏBS EDİLDİ

Bakı şəhəri Yasamal rayon məhkəməsində "Azərsuvenir” MMC-nin keçmiş məsul əməkdaşı Bağırov Aydın Kamil oğlu barəsində cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb...