“Prokuror dedi ki, qızınıza yaxşı tərbiyə verəydiniz” - Zümrüd Yağmur

“Prokuror dedi ki, qızınıza yaxşı tərbiyə verəydiniz” - Zümrüd Yağmur
Xəbər verdiyimiz kimi, tanınmış siyasətçi Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlı (Yağmur) xalası oğlu Əsgər Ağayev tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edib.

Sfera.az xəbər verir ki, onun anası Zümrüd Yağmur sosial şəbəkə hesabında faktla bağlı detalları açıb.

O, cinayətkarın bugünədək cəzasız qalmasında prokurorluq orqanlarını günahlandırıb.

"Nədir məsələ? Bir il müddətində istintaq getdi. Cinayətin bütün faktları ekspertiza rəyləri ilə təsbit olunub. Həmin gecə Sənayın başına gələnlər sübut edilib.  

Sənayın təcavüzə uğraması ilə bağlı iki rəy var, amma nədənsə Yasamal Rayon Prokurorluğu – Elman Süleymanov və Tamerlan Qarayev deyib ki, biz eksperti çağıraq, ekspertin rəyini əsas götürək. Çağırdılar, sonra da dedilər ki, biz aşkar edə bilmədik”.

Həmçinin oxuyun: "Xalam oğlu mənə təcavüz edib” - Fuad Qəhrəmanlının qızı

Z.Yağmur qeyd edib ki, CM-nin 149-cu maddəsi (anlaqsız vəziyyətdə cinsi təcavüzə məruz qalma) ilə cinayət işi açılıb:

"Həmin gecə Sənaya narkotik içirilib. Cinayətkara bir taksi narkotik gətirib. O taksinin nə özü, nə sürücüsü hələ də tapılmayıb. İstintaq kənarda qalıb, Sənayın ətrafındakıları çağırıblar ki, onu içən, çəkən görmüsünüz?

Yasamal rayon prokuroru Elman Süleymanov mənə deyir ki, qızınıza  yaxşı tərbiyə verəydiniz. Dedim, hardan bilirsiniz mənim övladımın tərbiyəsi nədir? Bu qədər rəylərdən sonra bəlkə, mən sizin tərbiyənizi sorğulayım?

Mənə biri cavab versin ki, mənim azyaşlı qızıma bunlar niyə yaşadılır? Prokurorluqda Sənaydan ifadələr o qədər kobud alınırdı ki…

Biz həmin vaxt Səbail Rayon Polis İdarəsinə getdik. Polisdə bizimlə çox yaxşı rəftar etdilər. Müstəntiq bizimlə çox insani davrandı”.

Z.Yağmur qeyd edib ki, bacısı və qardaşı onun həbsi ilə bağlı daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

O, məsələ ilə bağlı ölkə rəhbərliyinə də müraciət etdiyini açıqlayıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ehtiyatda olan hərbçilərin toplanışı başladı - RƏSMİ

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin toplanışı başlayıb. Bu barədə Sfera.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlu...

Fərqanə Qasımova həbsdə olan həyat yoldaşı haqda sirləri açdı

"İstərdim ki, ailə tablom içimdəki yaşatdığım formada nəzərimdə qalmalı idi. Əgər yayımlanmasaydı, sirr olaraq qalacaqdı. 21 ildir ailəliyəm, 4 övladımız var. A...

Bazarda saxta qızıl satılır: Müştərini necə aldadırlar?

Ölkəmizdə ötən illə müqayisədə zərgərlik məmulatlarına maraq nisbətən artıb. Bunu bazarda fəaliyyət göstərən sahibkarlar və maraqlı tərəflər də təsdiq edirlər. ...

“Din Azərbaycanda insanları bir-birindən ayıran amil deyil, əksinə...” – Hacı Şahin

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi mövzusu çağdaş tariximizin bəlkə də ən çox problemlə üzləşdiyi məsələlərdir. Təəs...

Rusiyaya gedənlərin nəzərinə: Miqrantlarla bağlı vahid sənədin təfərrüatları açıqlanıb

Miqrantlar üçün vahid sənəddə əcnəbinin şəxsi məlumatlarını əks etdirən çip olacaq. Sfera.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi Miqra...

Polisə tabe olmayan sürücü həbs edildi - VİDEO

Bakıda yol polisinə tabe olmayaraq yol-hərəkəti qaydalarını pozan 1996-cı il təvəllüdlü Bakı şəhər sakini Nihad Sadiqovla bağlı məhkəmə qərarı elan olunub. ...