No Image
No Image

Professordan xəbərdarlıq: Uşaqlar da maska taxmalı

Professordan xəbərdarlıq: Uşaqlar da maska taxmalı
Son günlər uşaqlar arasında COVID-19-a yoluxmada rəqəmlər artıb.

Sfera.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, rəqəmlərin artması valideynlərdə də narahatlıqlara səbəb olub. Bununla belə, bir çox ölkələrdə virusdan qorunmaq üçün uşaqların da peyvəndi məsələsi gündəmə gətirilib. Türkiyədə artıq 2 peyvəndin uşaqlar üçün də yararlı olduğu bildirilib.

Belə ki, "Pfizer-BioNTech" vaksininin 12-15 yaş arasında, valideyni tərəfindən könüllü olaraq peyvəndlənməyə gətirilən 2 min 260 uşaq üzərində aparılan araşdırma zamanı onun simptomlu xəstələrə qarşı 100 faizlik təsirə malik olduğu və heç bir əlavə təsirinin olmadığı bəlli olub.

"Sinovac" şirkətinin istehsal etdiyi "CoronaVac" peyvəndinin 3-17 yaşlarındaki 550-dən çox uşaq üzərində aparılan peyvəndlənmə zamanı təsirli və etibarlı olduğu aşkarlanıb. 

Türkiyənin "Cerrahpaşa" tibb fakültəsinin professoru Kənan Midilli rəqəmlərdəki artımın səbəblərindən danışıb:

"Bunun əsas səbəbi birinci dalğa zamanı məktəblərin, təhsil müəssiələrinin bağlı olması ilə əlaqədardır. Lakin sonradan bəzi ölkələrdə məktəblər, digər təhsil müəssisələri açıldığı üçün rəqəmlərdə də artım oldu".
O bildirir ki, son rəqəmlərə görə yaşı 15-dən aşağı olanlar arasında virusa yoluxma ümumi rəqəmlərin 5, yaşı 2-dən az olanlar arasında isə 2 faizini təşkil edir.

Professor bu xəstəliyin uşaqlarda ölümcül təsirə malik olması ilə bağlı hər hansı bir dəlilinin olmadığını deyib: "Bir yaşdan kiçik və xroniki xəstəlikləri olan uşaqlar daha çox risk qrupuna aiddirlər. Ümumilikdə isə onu deyə bilərəm ki, uşaqların 90 faizi xəstəliyi yumşaq keçirsə də, onlar daşıyıcı olduğundan ətraf aləm üçün təhlükə hesab edilirlər. Bu səbəbdən uşaqların maska taxması virusun daha da genişlənməsinin qarşısını almaq üçün çox önəmlidir".
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Pandemiya insan ömrünü qısaldacaq - Professor

İnkişaf etmiş ölkələrdə orta ömür uzunluğu koronavirus pandemiyası səbəbiylə bir yarım və iki ilə qədər azalıb. HİT.az xəbər verir ki, bu barədə Corc Maso...

Azərbaycanda indiyədək COVID-19-a qarşı peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 15 794 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata...

Pandemiyada kökələnlərə qida texnoloqundan MƏSLƏHƏTLƏR

"İdman zallarının bağlı olduğu pandemiya dövründə insanlar evə qapandığına görə təbii olaraq artıq çəki almağa meyilli olanların sayı artıb. Bu da orqanizmə yığ...

XƏBƏRDARLIQ: Marketdən evinizə gətirdiyiniz "ölüm yağı" - XƏRÇƏNG YARADIR

Yağlardan istifadə zamanı nəyə diqqət etmək lazımdır? Sfera.az bildirir ki, qida rasionunda yağların düzgün və yaxşı mənimsənilməsi üçün ümumi yağın 70%-i...

“COVID-19-un ikinci ili daha çox ölüm gətirə bilər” - ÜST

COVID-19 pandemiyasının ikinci ili birinci ili ilə müqayisədə daha çox ölüm gətirə bilər. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedro...

Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı - 12 ölüm

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 326 yeni yoluxma faktı qeydə alınıb, 1 262 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Oper...