Professordan "Lyambda" ştammı ilə bağlı AÇIQLAMA: "Deyilənlərin hamısı əsassızdır"

Professordan
"İddia edirlər ki, "Lyambda” COVİD-19-un digər ştammları ilə müqayisədə istər təbii, istərsə də peyvənd immunitetinə qarşı daha dözümlüdür, eləcə də daha yoluxucu və aqressivdir. Orqanizmə düşdükdə onu neytrallaşdırmaq üçün "Delta” ştammının neytrallaşdırılmasına lazım olan antitellərdən 1,5 dəfə çox miqdarda antitel tələb olunur”.
 
Sfera.az bildirir ki, bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. Mütəxəssis deyilənlərin əsassız və  insanlıq əleyhinə yönələn fikirlər olduğunu vurğulayıb:

"Ana ştamm olan COVİD-19-un bütün mutantları, o cümlədən "Lyambda” mutantı da ondan müəyyən xüsusiyyəti ilə fərqlənməlidir. Mutantlar nuklein itkisi və fərqliliyi səbəbindən yarandığına görə, heç bir mutant xəstəliyin daha ağır keçməsi və letallığın yüksək olmasına səbəb ola bilməz. Bu hal virusun məruz qaldığı RNT-nin letallıq mutasiyasının həlledici şərtidir. Əks hal mümkün deyil. "Lyambda” ştammının patogenliyi  koronavirusdan, nəinki, yüksək ola bilməz, hətta ondan dəfələrlə zəif olmalıdır”.

M.Qəniyev qeyd edib ki, istər təbii immunitet, istərsə də peyvədləmə nəticəsində formalaşan immunitet insanları "Lyambda” ştammından aktiv şəkildə qorumalıdır:

"Bu şəxslərdə də virusa təkrari yoluxma ehtimalı yalnız 0,002 % olmalıdır. Yəni gigiyenik qaydalara riayət etməklə, COVİD-19 "xofu”nu birdəfəlik unudun - adi, normal həyatınızı yaşayın. Onsuz da bütünlükdə insanlıq hazırda tükənmiş,  üzülmüş və ümidsiz vəziyyətdədir”.
Xatırladaq ki, sözügedən ştamm hazırda dünyanın 30-dan çox ölkəsində yayılıb.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR