Professordan koronavirus ştamları ilə bağlı VACİB AÇIQLAMA: Yaxın 10 ildə...\"

Professordan koronavirus ştamları ilə bağlı VACİB AÇIQLAMA: Yaxın 10 ildə...\
Artıq bir neçə gündür ki, COVID-19-un yeni ştamı ilə bağlı məlumatlar yayılır, dünya ölkələri qapanmalara gedir. Sözügedən yeni növün digərlərinə nisbətən, daha təhlükəli ola bilmə ehtimalından söz açılır.
 
Maraqlıdır, həqiqətən də "Omicron” adlı yeni variantdan qorxmalıyıqmı?

Bununla bağlı Sfera.az-a açıqlama verən tibb elmləri doktoru, professor Musa Qəniyev bildirib ki, ÜST təmsilçiləri bundan qabaq da, oxşar sözləri "Alfa”, "Beta”, "Qamma”, "Lyambda”, "My” və "Delta” ştammları haqqında söyləmişdi. Mütəxəssisin sözlərinə görə,  koronavirusun yeni növü ilə bağlı heç bir təsdiqlənmiş elmi  məlumat yoxdur. 

"”Omicron” ştamında aşkar olunan mutasiyalardan bir çoxu COVID-19-un  əvvəlki mutant ştamlarında da müşahidə edilib. Yeganə fərqlilik bu ştamın furinlə parçalanan saytında bir yox, iki mutasiyanın birgə baş verməsidir. Bütün hallarda, hətta bu mutasiyanın aqressivliyi təsdiq olunsa belə, bu yalnız "Omicron” ştamının Ro indeksində dəyişikliyə səbəb ola bilər. 

Başqa sözlə, bu ştam yalnız yoluxduruculuq gücünə görə digər mutantlardan və eləcə də ana virusdan, bu və ya digər dərəcədə fərqlənə bilər. Patogenlik və letallıq gücünə görə isə, qətiyyən yox. Deməli, "Omicron” ştamının da patoloji fəallığının yüksək olması reallıq deyil, yalnız məlum maraq və məqsədlərə xidmət edir. Çünki bu halda mövcud peyvəndlər modifikasiya olunmalı, onların yeni versiyaları hazırlanmalı və satışa çıxarılmalıdır”.

Professor qeyd edib ki, yeni ştam COVID-19-un xələflərindən biridir və  istər xəstəlikdən sonra formalaşan təbii immunitet, istərsə də  mövcud vaksinlər ona mütləq şəkildə təsir göstərməlidir:

"Özü də daha yüksək faiz nisbətində.  Bir daha qeyd edirəm ki, COVID-19-un ciddi genom fərqliliyi göstərən 24 mutant ştamı var. Hazırda ana ştam və "Omicron” daxil, onlardan 7-si (Alfa, Beta, Qamma, Lyambda, My, Delta, Omikron) öyrənilib, digərləri üzərində də müşahidələr aparılır. Şübhəsiz ki, növbəti aylarda onlar haqqında dövrü olaraq məlumat veriləcək, həm də COVID-19-dan da qorxulu və təhlükəli olduğu söyləniləcək. Belə şeylər eşidəndə qorxmaq lazım deyil.  Koronavirusun yaxın 10 ildə, letallıq əmsalı özündən yüksək ola biləcək heç bir mutasiya variantı yarana bilməz və yaranmayacaq”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycan lideri: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

Biz məsələnin (sülh sazişinin imzalanmasına – red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt bi...

Ən kiçik ev təsərrüfatları Naxçıvan və Bakıdadır - RƏQƏMLƏR

Azərbaycanda ən kiçik ev təsərrüfatları Naxçıvan Muxtar Respublikası və Bakıdadır.  Sfera.az  2023-cü ilin yekunlarına əsasən xəbər verir ki, bir...

Andjey Duda Rusiyanın Kalininqradda nüvə silahı yerləşdirdiyini İDDİA ETDİ

Polşa Prezidenti Andjey Duda Rusiya Federasiyasını Kalininqrad vilayətində nüvə silahı yerləşdirməkdə ittiham edib.   Sfera.az bildirir ki, bunu...

Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala ilə görüşüb.   Sfera.az xəbər veri...

Prezident: "Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi"

Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi.   Sfera.az xəbər verir ki, bu sözləri...

Ərdoğan: "Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın düzgün yol seçəcəyi və regionda yeni dövrün başlayacağına ümid etdiyini bildirib.   Sfera.az xəb...