Professordan iddia: "Koronavirusa qarşı bir doza peyvənd kifayətdir"

Professordan iddia:
COVID-19-un yenidən alovlanması son günlərin müzakirə obyektinə çevrilib. Digər tərəfdən Böyük Britaniyada insanların 68%, Hollandiyada 72%, Almaniyada 67%, İsraildə 63%-i iki doza vaksin qəbul edib. Bəzi yerlərdə isə insanlar buster adlanan 3-cü, hətta 4-cü dozanı belə alıblar. Buna baxmayaraq, sözügedən ölkələrdə yoluxmalar artır. Avstriya, Hollandiya, Çexiya, eləcə də bir çox Avropa ölkələri yenidən sərt karantin tədbirlərinə əl atıb. Belə olan halda, əksəriyyət peyvəndin effektini sorğulamağa, koronavirusun hələ uzun müddət davam edəcəyini düşünməyə başlayıb.
 
Sfera.az-ın məlumatına görə, bununla bağlı tibb elmləri doktoru, professor Musa Qəniyev bildirib ki, COVID-19 məlum viral infeksiyalar içərisində ağır və arzuolunmaz proqnozu olanlardan biri olsa da, həyatın sonu demək deyil:

"Xronofarmakoloji qanunauyğunluğa görə, virus infeksiyasının aktiv yoluxdurma və "pik letallıq” dövrü, ardıcıl növbələşən dörd fəsildən artıq ola bilməz. Bu müddətdə makro və mikroorqanizmlərdə simbiozluğa xidmət edən bazal dəyişikliklər baş verir. Odur ki, növbəti illərdə məlum infeksiya yalnız lokal şəkildə və sporadik halda müşahidə oluna bilər. Orqanizmdə ciddi keyfiyyət dəyişiklikləri payız və yaz fəslində baş verdiyindən, bu dövrdə viral infeksiyaların  kəskin artımı müşahidə olunmalıdır. Bu qanunauyğunluqdur. Uzunmüddətli ünsiyyət və mütəmadi kontakt olmayan hallarda, makro və mikroorqanizmlər arasında "yadlaşma” və birgə yaşayışa  "əks müqavimət” halı yaranır. Bu səbəbdən, pandemiyadan əvvəlki illərlə müqayisədə, hazırda virus infeksiyalarına, o cümlədən COVİD-19-a yoluxmada müşahidə olunan dinamik artım qorxulu vəziyyət kimi dəyərləndirilməməlidir. Növbəti aylarda bu hal aradan qalxacaq və yoluxmalarda əvvəlki illərdə olan "nisbi tarazlıq” bərpa olunacaq”.

Mütəxəssis qeyd edib ki, antitellərin azalması, hətta sıfırlanması belə, insanları qorxutmamalıdır:

"Çünki, orqanizmin xüsusi immun hüceyrələri olan limfositlər, ilkin qarşılaşdığı COVİD-19-un sürət əksi, gen yaddaşına həkk olan spesifik antitellər sintez edir. Bu hüceyrələr "yaddaş kartını” demək olar ki, ömürlük, yəni insan dünyasını dəyişənədək saxlayır. Odur ki, koronavirus əleyhinə antitellərin titrinin azalması, vaksinasiyaya göstərişin olmasını  və ya təkrari yoluxmanın ağır keçəcəyini söyləməyə əsas vermir. İnsanların 20%-də qoruyucu antitellər əmələ gəlməyə və ya minimal həddə ola bilər. Bu halda da virusun sürət əksi analoji mexanizmlə hüceyrə yaddaşına yazılır. Odur ki, xəstəlikdən və ya peyvənddən sonra, antitellərin kəmiyyətcə azlığı ciddi narahatlığa səbəb olmamalıdır”.

M.Qəniyev, həmçinin əlavə edib ki,  koronavirusun istənilən klinik formasını keçirmiş insanın peyvənd olunmasına ehtiyac yoxdur:

"Koronavirusa yoluxaraq sağalmış  insan, sonradan bu infeksiyaya dəfələrlə yoluxsa belə, ciddi yanaşı xəstəliyi olmasa, letal sonluq (ölüm ehtimalı) sıfır faizdir. COVİD-19 əleyhinə hətta bir doza vaksin alan şəxslərdə, 21-ci günün tamamında qoruyucu antitellərin hiperaktivliyi müşahidə edildiyi və virusun sürət əksi hüceyrə yaddaşına yazıldığından, 2-ci, 3-cü və sair təkrari dozaların vurulması mütləq göstəriş sayılmamalıdır”.

Günay Rəsulqızı
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

3D çaplı peyvənd hazırlanıb - "Daha çox qoruyacaq..."

ABŞ-da Stenford və Şimali Karolina Universitetinin alimləri iynələrə ehtiyacı aradan qaldıran 3D çaplı peyvənd hazırlayıblar. Sfera.az xəbər verir ki, &...

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda daha 35926 nəfər peyvənd olunub. Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildiril...

COVID-19-a yoluxma sayı artdı – GÜNLÜK STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 530 yeni yoluxma faktı qeydə alınıb, 1 864 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabi...

COVİD-19 peyvəndi qripdən də qoruyurmu? - Açıqlama

Mövsümlə əlaqədar olaraq koronavirus peyvəndi ilə yanaşı qripə qarşı peyvəndləmə də aktuallaşır. Koronavirusa qarşı peyvəndləmənin aparılmasını nəzərə ...

“Omikron” koronavirusun son nəfəsidir? – Alimlər “öldürməyən ştamm”la bağlı ilginc açıqlamalar verdi

Yeni "Omikron” ştammı ilə bağlı bütün dünya alimlərindən nikbin bəyanatlar gəlir.   Sfera.az xəbər verir ki, bəzi ekspertlər "Omikron”un COVID-19-u...

Bu universitetin 64 tələbəsi KORONAVİRUSA YOLUXUB

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində indiyədək 64 tələbə koronavirusa yoluxub. Sfera.az xəbər verir ki, hazırda 28 qrup təhsilini distant şəki...