Professor SOCAR-a \"yaxşı\" qiymətini verdi

Professor SOCAR-a \
 "SOCAR-ın 2019-cu il üzrə fəaliyyəti uğurludur” 

Ötən gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2019-cu il üzrə göstəricilərini açıqlayıb.

 

Hesabata görə, 2019-cu ildə SOCAR birbaşa öz imkanları ilə istismar etdiyi yataqlardan 7,7 mln. ton neft, 6,8 mlrd. kubmetr qaz hasil edib. Şirkətin qaz hasilatı 2018-ci ildən 4,5%, neft hasilatı isə 1,8% artıq olub.

 

Hesabata əsasən, 2019-cu ildə Azərbaycanda təbii qazın ümumi daxili istehlakı 918 milyon kubmetr və ya 8,7% artaraq 11,5 mlrd. kubmetr təşkil edib. Ölkədə təbii qaz infrastrukturunun genişlənməsi nəticəsində əhali arasında qaz istehlakının səviyyəsi də təxminən 8,5% artıb. 2019-cu ildə SOCAR təqribən 2,2 mln. ton neft emalı və neft-kimya məhsulları ixrac edib ki, bu da əvvəlki illə müqayisədə təqribən 22% artım deməkdir.
Bildirilib ki, neft və qaz-kimya ixracının artması SOCAR-ın yeni Karbamid zavodu və "SOCAR-Polymer” kompleksinin fəaliyyəti, eləcə də SOCAR-ın Metanol zavodunda istehsalat səviyyəsinin yüksəlməsi ilə bağlıdır.

"SOCAR-ın 2019-cu il üçün fəaliyyətini müsbət  qiymətləndirirəm".

 

 

Bəs ekspertlər SOCAR-ın bu istiqamətdəki fəaliyyətini necə qiymətləndirir?


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-Neft Mədən fakültəsinin professoru Eldar Süleymanov SOCAR-ın 2019-cu il üztə fəaliyyətinin uğurlu olduğunu bildirib. 


"SOCAR-ın 2019-cu il üçün fəaliyyətini müsbət qiymətləndirirəm.Neft-qaz hasilatında artım varsa, deməli qazma həyata keçirilir, hasilat da normal templə artır. Bu artım faizləri yaxşı göstəricilərdir. SOCAR-ın faiz göstəriciləri çox normal artım faizləridir. Bu, həm də o deməkdir ki, işlər plan üzrə gedir”.


E. Süleymanovun fikrincə, işlərin planlaşdırılmış şəkildə aparılması göstərir ki, yeni quyuların qazılması, onların istismara verilməsi, neftin və qazın nəqli, həmçinin digər proseslər layihə üzrə davam etdirilir: "Bunlar müsbət göstəricilərdir”.


Professor bildirib ki, neft emalı və neft-kimya məhsullarının ixracının 22 faiz artması isə SOCAR-ın yeni bazarlara çıxmasının göstəricisidir. "Şirkətin neft-kimya məhsullarının ixracında 22 faiz artıma nail olması kiçik göstərici deyil. Bu, çox böyük rəqəmdir. Əgər bu sahədə bu həcmdə, artım varsa, deməli SOCAR yeni xarici bazarlara çıxıb, istehsal etdiyi məhsulların satışı üçün yeni imkanlar yaradıb”.  



OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...