Professor: \"Alternativ enerji növlərindən istifadə ekoloji cəhətdən zərərsizdir\"

Professor: \

Alternativ enerji mənbələrindən istifadənin təşviqi dünyanın inkişaf etmiş ölkələrində geniş yayılmış istiqamətlərdən biridir. İnkişaf etməkdə olan ölkələrin də bir çoxunda həm geniş biznes sahələri, həm də şəxsi təsərrüfatlarda alternativ enerji növlərindən istifadəyə rast gəlmək mümkündür.

Sfera.az xəbər verir ki, report alternativ enerji növlərindən istifadənin ekoloji cəhətdən nə dərəcədə əhəmiyyətli olduğunu öyrənib.

Bu barədə "Report”a açıqlama verən Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun Prezidenti, Azərbaycan Dövət Pedoqoji Universitetinin professoru Rauf Sultanov bildirib ki, alternativ enerji növlərinin ətraf mühitə heç bir mənfi təsiri yoxdur:

"Dünya miqyasında karbohidrogen ehtiyatlar tükənmək üzrədir. Həm də karbohidrogen ehtiyatları dünyanın hər yerində bərabər şəkildə paylanmır. Buna görə də hazırkı dövrdə alternativ enerji mənbələrindən istifadə etmək ən aktual məsələlərdən biridir. Bu istiqamətdə müxtəlif texnologiyalar istifadə olunur. Alternativ enerji dedikdə su elektrik stansiyaları, günəş və külək vasitəsilə alınan enerji nəzərdə tutulur. Bu gün günəş panellərindən istifadə etmək dünya miqyasında geniş yayılıb. Lakin bu, ümumi enerji mənbəyinin 1-2%-ni təşkil edir. Külək enerjisindən istifadə bu gün effektli olsa da, onun quraşdırılması və quraşdırıldıqdan sonra ondan alınan enerjinin şəbəkəyə qoşulması Azərbaycanda bir qədər çətin başa gəlir. Amma günəş panellərindən istifadə edirik". 

 

 

Onun sözlərinə görə, alternativ enerji mənbələri ekoloji cəhətdən təmiz enerji mənbələridir: "Bunların ekoloji cəhətdən heç bir problemi yoxdur. Onların istifadəsində atmosferin, torpağın, suyun çirklənməsindən söhbət gedə bilməz. Ona görə də bu kimi enerji növlərindən istifadə müsbət haldır. Amma bu panellərdən maksimum miqdarda istifadə etdikdə, hardasa 20-30 ildən sonra panellərin ekoloji cəhətdən bəzi problemləri yaranır. Belə ki, bu panellər günəş enerjisinin müəyyən hissəsini udur, qalanını atmosferə qaytarır. Bu isə parnik effekti yarada bilər. Amma günümüzdə bunun atmosferə təsiri sıfır dərəcəsindədir. Su elektrik stansiyalarından istifadənin isə mənfi təsiri ondan ibarətdir ki, suyun təbii axının qarşısı kəsilir, bu da torpaqların erroziyasına səbəb olur". 


Azərbaycan Dövət Pedoqoji Universitetinin professoru Rauf Sultanov:

"Azərbaycanda günəş panellərindən istifadə etmək imkanları olduqca çoxdur, lakin biz az istifadə edirik”.

 

R.Sultanov qeyd edib ki, bu gün dünya ölkələri elektrikli maşınların istifadəsini təşviq edir: "Bu maşınların istifadəsi üçün günəş enerjisi ən yaxşı faktorlardandır. Azərbaycanda günəş panellərindən istifadə etmək imkanları olduqca çoxdur, lakin biz az istifadə edirik”. 

Qeyd edək ki, bu ilin yanvar ayı ərzində Azərbaycanda 2 185,1 mln kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 0,4% azdır.

Bunun 63,9 mln kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2019-cu ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 34,9% azdır.

Bunun 2 046,9 mln kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2019-cu ilin ilk ayının göstəriciləri ilə müqayisədə 2% çoxdur.

Hesabat dövründə Azərbaycanda 7,2 mln kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2019-cu ilin ilk ayının göstəriciləri ilə müqayisədə 36,8% azdır.

Yanvar ayında ölkədə 2,2 mln kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da ötən ilin yanvar ayının göstəricisi ilə müqayisədə 8,3% azdır.



OXŞAR XƏBƏRLƏR