Prezidentlərin Şuşa görüşündə Azərbaycan və Türkiyə arasında hansı müqavilə imzalanacaq? – AÇIQLAMA
10:50 / 12.06.2021
2231
Xəbər verdiyimiz kimi Türkiyə Prezidenti Ərdoğan və
Azərbaycan Prezidenti İlham Əliyev arasında Şuşada görüş keçiriləcək.
"Azərbaycan və Türkiyə arasında imzalanan müqavilə
regionda, yəni Cənubi Qafqazda sülhün təmin olunmasına xidmət edəcək. Sənəd bütün
regiona rifah gətirməyi sağlayacaq. Bundan başqa əməkdaşlığın yeni formaları güncəlləşəcək.
Regionda yaranacaq yeni istiqamətlərdən isə Ermənistan tərəfi də faydalanmaq
istəyəcək".
Əzizə Zeynal
Sfera.az
Ərdoğan ötən gün açıqlamasında iki ölkə arasında müqavilə
imzalanacağına və sənədin hərtərəfli olacağına işarə edib.
Maraqlıdır, iki dost ölkə arasında hansı motivdə sənəd
imzalana bilər? Müqavilənin Şuşada
imzalanmasının səbəbi nədir?
Məsələ ətrafında Sfera.az-a danışan siyasi şərhçi,
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoy görüşün Şuşada keçirilməsinin simvolik məna daşıdığını deyib:
"Bu, Şuşanın Azərbaycan şəhəri olmasına,
ikinci Qarabağ savaşında Türkiyənin Azərbaycana verdiyi mənəvi dəstəyə,
strateji əməkdaşlığa və azadlığın simvoluna işarədir. Müqavilə Türkiyə-Azərbaycan
arasında indiyədək müxtəlif səviyyəli əməkdaşığın təkrarlanması və yeni istiqamətə
daşınması ilə bağlı olacaq. Çünki Qarabağın azad olunması regionda yeni reallıqlar
yaradıb".
Müsahibimizin sözlərinə görə, sözügedən sənəd
region üçün də əhəmiyyətli olacaq:
Əzizə Zeynal
Sfera.az